Məhkəmə qərarları › İş №e-2(003)-1930/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1930/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1930/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 468,84 manat ödənilməmiş hissə, 46,16 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 796,92 manat ödənilməmiş hissə, 79,08 manat cərimə borcu olmaqla, ümumilikdə 1391 manat məbləğində pulun və 33,91 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 1156,84 (min yüz əlli altı manat, səksən dörd qəpik) (12 ay x 88,07 manat + 100 manat ilkin ödəniş) olan İMEİ KOD **********79825 Samsung Galaxy A53 markalı telefon, vinil mat, vinil şəffaf, Samsung Charger üçün ümümilikdə 515 (beş yüz on beş ) olmaqla ondan, 468,84 (dörd yüz altmış səkkiz manat, səksən dörd qəpik) ödənilməmiş hissə, güzəşt olunaraq 46,16 (qırx altı manat, on altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 1173,92 (min yüz yetmiş üç manat, doxsan iki qəpik) (12 ay x 88,91 manat + 107 manat ilkin ödəniş) olan İMEİ KOD **********12051 OPPO RENO 7 markalı telefon üçün ümümilikdə 876 (səkkiz yüz yetmiş altı manat) olmaqla ondan, 796,92 (yeddi yüz doxsan altı manat, doxsan iki qəpik) ödənilməmiş hissə, güzəşt olunaraq 79,08 (yetmiş doqquz manat, səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1065 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə rəsmi qaydada bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilmiş və qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində hər hansı etirazı daxil olmamışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03413514 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri alqısatqı qiyməti 1156,84 manat olan İMEİ KOD **********79825 Samsung Galaxy A53 markalı telefon, vinil mat, vinil şəffaf, Samsung Charger nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 88,07 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03924651 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri alqısatqı qiyməti 1173,92 manat olan İMEİ KOD **********12051 OPPO RENO 7 markalı telefon nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 88,91 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 468,84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 46,16 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 796,92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 79,08 manat cərimə borcu olmaqla, ümumilikdə 1391 manat borcu mövcuddur. İş materiallarında olan cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə Əşyaların təhvil-təslim aktına əsasən o, məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 33,91 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin araşdırılan hallarından və iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 468,84 manat ödənilməmiş borcu, cərimə borcu isə 46,16 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 796,92 manat ödənilməmiş borcu, cərimə borcu isə 79,08 manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 1391 manat məbləğində borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 33,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 33,91 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 468,84 (dörd yüz altmış səkkiz manat, səksən dörd qəpik) manat əsas borc, 46,16 (qırx altı manat, on altı qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 796,92 (yeddi yüz doxsan altı manat, doxsan altı qəpik) manat əsas borc, 79,08 (yetmiş doqquz manat, səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1391 (min üç yüz doxsan bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 33,91 (otuz üç manat, doxsan bir qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar