Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1932/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU LG üçün 395 (üç yüz doxsan beş) manat ödənilməmiş hissə 120 (yüz iyirmi) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********25218 SAMSUNG GALAXY A21S markalı telefon üçün, 244.7 (iki yüz qırx dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 65.3 (altmış beş manat otuz qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********17263 olan İPHONE 12 PRO MAX markalı telefon üçün, 4503.2 (dörd min beş yüz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1360.8 (bir min üç yüz altmış manat səksən qəpik) manat olmaqla cəmi 6689 manat borcun və dövlət rüsumuna görə 86,89 manatın Cavabdeh "xxxx" MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi R.M.Aslanov iddia ərizəsinin təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU LG, İmei kodu **********25218 SAMSUNG GALAXY A21S markalı telefon, İmei kodu **********17263 İPHONE 12 PRO MAX markalı telefon almış və nəticədə 6689 (altı min altı yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1441 (bir min dörd yüz qırx bir) manat (18 ay x 80 manat + 1 manat ilkin ödəniş) SOYUDUCU LG üçün ümumilikdə, 515 (beş yüz on beş) manat olmaqla ondan, 395 (üç yüz doxsan beş) manat ödənilməmiş hissə 120 (yüz iyirmi) manat dəbbə. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 668.4 (altı yüz altmış səkkiz manat qırx qəpik) manat (12 ay x 55.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********25218 SAMSUNG GALAXY A21S markalı telefon üçün ümumilikdə, 310 (üç yüz on) manat olmaqla ondan, 244.7 (iki yüz qırx dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 65.3 (altmış beş manat otuz qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4615.2 (dörd min altı yüz on beş manat iyirmi qəpik) manat (12 ay x 378.6 manat + 72 manat ilkin ödəniş) İmei kodu **********17263 İPHONE 12 PRO MAX markalı telefonüçün ümumilikdə, 5864 (beş min səkkiz yüz altmış dörd) manat olmaqla ondan, 4503.2 (dörd min beş yüz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1360.8 (bir min üç yüz altmış manat səksən qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1581.7 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22463508 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 1441 manat olan “LG GN- B422SQCB” markalı soyuducunu 4 il yeni məişət qızıl zəmanəti ilə birgə 1 manat ilkin ödənişlə 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 145 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 22463508 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində hər ay 80 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd “LG GN-B422SQCB” markalı soyuducunu 4 il yeni məişət qızıl zəmanəti ilə birgə tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22308501 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 668,4 manat olan “Samsung Galaxy A21s DS (SM-A217) 64GB” markalı telefonu 2 il yeni rəqəmsal qızıl zəmanət və telefon quraşdırma xidməti ilə birgə ilkin ödənişsiz 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 67 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 22308501 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində hər ay 55,70 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd “Samsung Galaxy A21s DS (SM-A217) 64GB” markalı telefonu 2 il yeni rəqəmsal qızıl zəmanət və telefon quraşdırma xidməti ilə birgə tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23144735 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 4615,2 manat olan “iPhone 12 Pro Max 256GB” markalı telefonu 2 il ultra qızıl zəmanət və apple paketlə birgə 72 manat ilkin ödənişlə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 462 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 23144735 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində hər ay 378,60 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd “iPhone 12 Pro Max 256GB” markalı telefonu 2 il ultra qızıl zəmanət və apple paketlə birgə tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya hər üç müqavilə üzrə borcların ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 395 manat, cəriməyə görə 120 manat olmaqla cəmi 515 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 244,7 manat, cəriməyə görə 65,3 manat olmaqla cəmi 310 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 4503,2 manat, cəriməyə görə 1360,8 manat olmaqla cəmi 5864 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2021-ci il tarixli 22463508 saylı müqavilə üzrə əsas borca görə 395 manat cəriməyə görə 120 manat , xx.xx.2021-ci il tarixli 22308501 nömrəli müqavilə üzrə əsas borca görə 244,70 manat cəriməyə görə 65,3 manat, xx.xx.2021-ci il tarixli 23144735 nömrəli müqavilə üzrə əsas borca görə 4503,2 manat cəriməyə görə 1360,8 manat olmaqla, cəmi 6689 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 15 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 200 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 73,77 manatı cavabdehdən tutulmalı, 13,12 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22463508 saylı müqavilə üzrə əsas borca görə 395 manat cəriməyə görə 20 manat, xx.xx.2021-ci il tarixli 22308501 saylı müqavilə üzrə əsas borca görə 244,70 manat cəriməyə görə 15 manat, xx.xx.2021-ci il tarixli 23144735 nömrəli müqavilə üzrə əsas borca görə 4503,2 manat cəriməyə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 73,77 manat olmaqla cəmi 5451,67 (beş min dörd yüz əlli bir manat, altmış yeddi qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 13,12 manatı iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1932/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1932/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver