Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1935/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********60362 olan SAMSUNG GALAXY S20 markalı telefon üçün 823.96(səkkiz yüz iyirmi üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 82.04 (səksən iki manat dörd qəpik) manat cərimə; 2)xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, VELOSİPED STARK üçün 582.08 (beş yüz səksən iki manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 58.92 (əlli səkkiz manat doxsan iki qəpik) manat cərimə pulu; 3) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87797 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün 271.7(iki yüz yetmiş bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 27.3(iyirmi yeddi manat otuz qəpik) manat cərimə pulu; 4) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN HOFFMANN üçün 175.4(yüz yetmiş beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 17.6(on yeddi manat altmış qəpik) manat cərimə pulu; 5) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ BRAUN üçün 148.16 (yüz qırx səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 14.84(on dörd manat səksən dörd qəpik) manat cərimə; 6) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********79314 XİAOMİ POCO M3 PRO 5 markalı telefon üçün 63.9(altmış üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1(altı manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə 2272 manat borc və 42.72 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ KOD **********60362 SAMSUNG GALAXY S20 markalı telefon, VELOSİPED STARK, İMEİ KOD **********87797 SAMSUNG GALAXY A12 markalı telefon, PALTARYUYAN HOFFMANN, ÜTÜ BRAUN, İMEİ KOD **********79314 XİAOMİ POCO M3 PRO 5G markalı telefon almış və nəticədə 2272 (iki min iki yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1463.53(min dörd yüz altmış üç manat əlli üç qəpik) manat (18 ay x 74.56 manat + 121.45 manat ilkin ödəniş) olan İMEİ KOD **********60362 SAMSUNG GALAXY S20 markalı telefon üçün 906(doqquz yüz altı) manat olmaqla ondan, 823.96(səkkiz yüz iyirmi üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 82.04 (səksən iki manat dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 748.98(yeddi yüz qırx səkkiz manat doxsan səkkiz qəpik) manat (18 ay x 41.61 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED STARK üçün 641(altı yüz qırx bir) manat olmaqla ondan 582.08(beş yüz səksən iki manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 58.92(əlli səkkiz manat doxsan iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504.8(beş yüz dörd manat səksən qəpik) (12 ay x 38.98 manat + 37.04 manat ilkin ödəniş) olan İMEİ KOD **********87797 SAMSUNG GALAXY A12 markalı telefon üçün 299(iki yüz doxsan doqquz) manat olmaqla ondan 271.7(iki yüz yetmiş bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 27.3(iyirmi yeddi manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714(yeddi yüz on dörd) manat (12 ay x 59.5 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN üçün 193(yüz doxsan üç) manat olmaqla ondan 175.4(yüz yetmiş beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 17.6(on yeddi manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300.24(üç yüz manat iyirmi dörd qəpik) manat (18 ay x 16.68 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ BRAUN üçün 163(yüz altmış üç) manat olmaqla ondan 148.16(yüz qırx səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 14.84(on dörd manat səksən dörd qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 778.44(yeddi yüz yetmiş səkkiz manat qırx dörd qəpik) manat (12 ay x 64.87 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********79314 XİAOMİ POCO M3 PRO 5G markalı telefoünçün 70(yetmiş) manat olmaqla ondan 63.9(altmış üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1(altı manat on qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2444.79 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2021-ci il tarixdə 032776 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 778.44 manat olan İMEİ KOD **********79314 olan XİAOMİ POCO M3 PRO 5G markalı telefon X2 nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 64.87 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti ümumilikdə 300.24 manat olan ÜTÜ BRAUN X2 nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 16.68 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 714 manat olan PALTARYUYAN HOFFMANN X2 nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 59.5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə 03691378 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 504.8 manat olan İMEİ KOD **********87797 SAMSUNG GALAXY A12 markalı telefon X2 nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 38.98 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə 03681430 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 748.98 manat olan VELOSİPED STARK X2 nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 41.61 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1463.53 manat olan İMEİ KOD **********60362 SAMSUNG GALAXY S20 markalı telefon X2 nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 74.56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 823.96 manat ödənilməmiş hissə və 82.04 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 582.08 manat ödənilməmiş hissə, 58.92 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 271.7 manat ödənilməmiş hissə, 27.3 manat dəbbə borcu , xx.xx.2021-ci il tarixli müqavilə üçün 175.4 manat ödənilməmiş hissə, 17.6 dəbbə borcu, xx.xx.2021-ci tarixli müqavilə üçün 148.16 manat ödənilməmiş hissə, 14.84 dəbbə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üçün 63.9 manat ödənilməmiş hissə, 6.1 dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X3 arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 823.96 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 582.08 manat, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 271.7 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 175.4 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 148.16 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 63.9 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 823.96 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 82.04 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 582.08 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 58.92 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 271.7 manat əsas borca münasibətdə cavabdehdən 27.3 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 175.4 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 17.6 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən 148.16 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 14.84 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 63.9 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 6.1 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 8 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu , xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 32 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10.72 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 823.96 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 582.08 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 271.7 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 175.4 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 148.16 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 63.9 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 32 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 823.96 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 582.08 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 271.7 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 175.4 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 148.16 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 63.9 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 32 manat olmaqla, ümumilikdə 2115.2 (iki min yüz on beş manat iyirmi qəpik ) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10.72 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1935/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1935/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver