Məhkəmə qərarları › İş №e-2(003)-1977/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1977/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1977/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 103.6 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 54 manat ödəniməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 203 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 850 manat ödənilməmiş hissə, 85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1031.4 manat ödənilməmiş hissə, 103.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1101 manat ödənilməmiş hissə, 110 manat cərimə ümumilikdə 3722 manat məbləğində pul və 57.22 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Galaxy A51, Xiaomi qulaqcıq, Nokia 2720, Xiaomi saat, Samsung qulaqcıq, Samsung Galaxy A71, Samsung Galaxy A52 Samsung Galaxy A71 markalı telefonlar almış, həmin müqavilələr üzrə cəmi 1320.8 manat ödəniş etmişdir. Sonradan müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 3722 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22193804 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 672 manat olan Samsung Galaxy A10 markalı telefonu Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21210389 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 108 manat olan Xiaomi qulaqcıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22128947 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 271.2 manat olan Nokia 2720 Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 22.6 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22000736 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 180 manat olan Samsung qulaqcıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 15 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21192819 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1276.2 manat olan Samsung Galaxy A71 Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 70.9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22471239 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1031.4 manat olan Samsung Galaxy A52 Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 57.3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22294270 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1166.4 manat olan Samsung Galaxy A71 markalı telefonu Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 64.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 54 manat ödəniməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 203 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 850 manat ödənilməmiş hissə, 85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1031.4 manat ödənilməmiş hissə, 103.6 manat cərimə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1101 manat ödənilməmiş hissə, 110 manat cərimə olmaqla ümumilikdə 3722 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 417-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə 3722 manat məbləğində borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış 850 manat məbləğində əsas borca görə cavabdehdən 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1031.4 manat əsas borca görə 50 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1101 manat əsas borca görə 50 manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 3 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 22193804 saylı saylı müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli 21210389 saylı müqavilə üzrə 54 manat ödəniməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli 22128947 saylı müqavilə üzrə 203 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli 22000736 saylı müqavilə üzrə 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli 21192819 saylı müqavilə üzrə 850 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli 22471239 saylı müqavilə üzrə 1031.4 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli 22294270 saylı müqavilə üzrə 1101 manat ödənilməmiş hissə, 50 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 57.22 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 217, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22193804 saylı saylı müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli 21210389 saylı müqavilə üzrə 54 manat ödəniməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli 22128947 saylı müqavilə üzrə 203 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli 22000736 saylı müqavilə üzrə 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli 21192819 saylı müqavilə üzrə 850 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli 22471239 saylı müqavilə üzrə 1031.4 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli 22294270 saylı müqavilə üzrə 1101 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla ümumilikdə 3553.4 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 57.22 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar