Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-198/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Murtuf oğlunun iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avtomobilin təhvil verilməsi və pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - LPO İddiaçı ASC) Cavabdeh qarşı “avtomobilin təhvil verilməsi və pul"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO «Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında 21 oktyabr 2019-cu il tarixli 257/LAU nömrəli X4 Müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi) bağlanaraq LPO «Amrahbank” ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “BMW 520İ” minik markalı (Tip sedan, Ban: X4XXG55470DS38572, rəngi ağ, buraxılış ili 2012-ci il) **-AJ-*** dövlət qeydiyyat nişanlı olan avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq Müqaviləsinin ümumi məbləği 27500 (iyirmi yeddi min beş yüz) manat, o cümlədən lizinq obyektinin qiyməti 47000 (qırx yeddi min) manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 31 (otuz bir) ay müddətinə lizinq ödənişi illik 24 (iyirmi dörd) faiz olmaqla lizinqə verilmişdir. Lizinq şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********480 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 17 avqust 2022-ci il tarixə kredit üzrə cəmi borcu 39420.91 (otuz doqquz min dörd yüz iyirmi manat 91 qəpik) manat təşkil edir. Bundan 24813.26 (iyirmi dörd min səkkiz yüz on üç manat 26 qəpik) manat əsas, 14307.05 (on dörd min üç yüz yeddi manat 05 qəpik) manat faiz, 3.90 (üç manat 90 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296.70 (iki yüz doxsan altı manat 70 qəpik) manat faiz borcu təşkil edir. Yuxarıda göstərilənlərə əsasən, LPO «Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 257/LAU nömrəli X4 Müqaviləsinə əlavə razılaşmaya xitam verilməsi, Cəmi borcu 39420.91 (otuz doqquz min dörd yüz iyirmi manat 91 qəpik) manat - bundan 24813.26 (iyirmi dörd min səkkiz yüz on üç manat 26 qəpik) manat əsas, 14307.05 (on dörd min üç yüz yeddi manat 05 qəpik) manat faiz, 3.90 (üç manat 90 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296.70 (iki yüz doxsan altı manat 70 qəpik) manat faiz və iş üzrə ödənilmiş 208.26 (iki yüz səkkiz manat 26 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması və Cavabdeh sahiblik və istifadəsinə verilmiş “BMW 520İ" minik markalı (Tip sedan, Ban X4XXG55470DS38572, rəngi ağ, buraxılış ili 2012- ci il) **- AJ-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan LPO «Amrahbank” ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, ekspertin rəyi ilə razı olmadığını bildirmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tələbin lizinq obyektinin götürülməsi hissəsi ilə razı olmadığını bildirdi.İddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh lizinq obyektinin alınması ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan LPO «Amrahbank” ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2017–ci il tarixli 257/LAU saylı "Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2012–ci il buraxılışlı, “BMW 520i minik" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, X4XXG55470DS38572 ban, 1997 m3 mühərrik, nömrəli ağ rəngli avtomobil 27500 manat məbləğinə LPO «Amrahbank” ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 24 % hesablanmaqla 31 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1198,90 manat olmaqla, ümumilikdə isə 37165,89 manat məbləğində pulu LPO «Amrahbank” ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X2, Cavabdeh və LPO «Amrahbank” ASC arasında bağlamış 21 oktyabr 2019–cu il tarixli 257/LAU saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən aydın olur ki, 21 oktyabr 2019–cu il tarixli 257/LAU saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan X2, Cavabdeh və İddiaçı ASC arasında bağlamış 21 oktyabr 2019-cu il tarixli 257/LAU saylı “Öhdəliklərin ötürülməsi" müqaviləsindən aydın olur ki, 21 oktyabr 2019–cu il tarixli 257/LAU saylı “Daxili Lizinq“ müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktlarından aydın olur ki, X2, LPO «Amrahbank” ASC-nin Azadlıq filialının direktoru X3 və Cavabdeh istifadəsində olan və LPO «Amrahbank” ASC-nin mülkiyyətində olan “BMW 520i minik" markalı, 99–AJ–730 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 257/LAU №-li Daxili Lizinq müqaviləsinə 1№-li əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 257/LAU №li Daxili Lizinq müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinə 47000 (qırx yeddi min) manat məbləğində olan “BMW 520i minik" markalı, sedan tipli, Ban: X4XXG55470DS38572 rəngi ağ, buraxılış ili 2012 olan minik avtomobili daxildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, tərəfləe arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, borcun ödənilməsi, lizinq obyekti olan “BMW 520i minik" markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, Ban: X4XXG55470DS38572, 99–AJ–730 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam işlək vəziyyətdə 3 (üç) gün ərzində lizinq verənə geri qaytarılmasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019–cu il tarixli 257/LAU saylı “Daxili Lizinq“ müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə iddiaçıya 24813,26 manat əsas, 14307,05 manat faiz borcu, 3,90 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi ilə 296,70 manat olmaqla, cəmi 39420,91 manat borcunun qaldığı göstərilir. İş materiallarına əlavə olunmuş MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, LPO «Amrahbank” ASC hazırkı iddia üzrə 208,26 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2, Cavabdeh və İddiaçı ASC arasında bağlamış xx.xx.2019-cu il tarixli 257/LAU saylı “Öhdəliklərin ötürülməsi" müqaviləsindən aydın olur ki, xx.xx.2019–cu il tarixli 257/LAU saylı “Daxili Lizinq“ müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh 21 oktyabr 2019-cu il tarixli 257/LAU saylı “Daxili lizinq müqaviləsi"nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. İddiaçı hazırkı iddia üzrə 208,26 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçı lizinq obyektini Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi lizinq üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə iləşərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyektini almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş lizinq mükafatını iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyektini almasına dair hüququndan istifadə etmiş, lizinq vəsaitini və həmin lizinqdən yaranan lizinq mükafatını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, mükafat borcunun, faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya əsas, mükafat borcunun və gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış faiz borcu ödənilməsi mübahisəsiz halı olsa da əsas və faiz borcunun məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3306 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 257/LAU saylı X4 müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə olan əsas borc üzrə 23606,09 manat, mükafat borcu üzrə 7274,47 manat və faiz borcu üzrə 281,96 manat olmaqla cəmi 31162,52 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən lizinq müqaviləsi üzrə 23606,09 manat əsas və 7274,47 manat faiz (mükafat) borcu və gecikdirilmiş vaxt üçün 281,96 manat faiz borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, məhkəmə iddianın lizinq obyektinin iddiaçıya qaytarılması hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, lizinq obyekti - “BMW 520İ" minik markalı (Tip sedan, Ban X4XXG55470DS38572, rəngi ağ, buraxılış ili 2012- ci il) **-AJ-*** dövlət qeydiyyat nişanlı olan avtomobil Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 208,26 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia bu hissəsi qimən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 162,0 manatı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 46,26 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200,0 manat məbləğində pulun 156,0 manatı cavabdehdən, 44,0 manatı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 21 oktyabr 2019-cu il tarixli 257/LAU saylı daxili lizinq müqaviləsi ləğv edilsin. “BMW 520İ" minik markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq LPO İddiaçı ASC-nə qaytarılsın. Cavabdeh 23606,09 manat əsas, 7274,47 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 281,96 (5 faizlə) manat faiz borcu, 3,90 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 162,0 manat olmaqla, cəmi 31328,42 manat pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumun 46,26 manat məbləği iddiaçının özünə aid edilsin İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200,0 (iki yüz) manatın 156,0 manatı Cavabdeh oğıundan, 44,0 manatı iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-198/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-198/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver