Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1989/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3200 manat əsas borc və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında müddətləri 18 ay olmaqla xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli borc müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh iddiaçıdan dəyəri 1332 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 2450 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdeh müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 888 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2450 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tapılmadı” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HAK6250368 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən 1332 manat məbləğində məişət avadanlığı əldə etmiş və həmin məbləği 18 ay müddətində aylıq 74 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6250978 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən 2450 manat məbləğində məişət avadanlığı əldə etmiş və 2 manat ilkin ödəniş etdikdən sonra qalan 2448 manat məbləği 18 ay müddətində aylıq 136 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 888 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2312 manat qalıq borcu qalmışdır. İş materiallarından xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 1332 manat və 2450 manat dəyərində məişət avadanlıqları almış və aralarında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh aldığı məişət avadanlığının dəyəri olan 1332 manat pulu 18 ay müddətində aylıq 74 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 2448 manat məbləği 18 ay müddətində aylıq 136 manat olmaqla hissə-hissə qaytarması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 888 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2312 manat qalıq borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 52 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 888 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2312 manat, cəmi 3200 manat (üç min iki yüz manat) məbləğində borc və ödənilmiş dövlət rüsumuna 52 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1989/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1989/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver