Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2053/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59047 olan X1 7 markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Epson L850 printer üçün 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, ümumilikdə 639 manat borc, 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59047 olan X1 7 markalı telefon, Epson L850 printer almış və nəticədə 639 (altı yüz otuz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 640 (altı yüz qırx) manat (16 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********59047 olan X1 7 markalı telefon üçün ümumilikdə, 264 (iki yüz altmış dörd) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 972 (doqquz yüz yetmiş iki) manat (12 ay x 81 manat + 0 manat ilkin ödəniş) olan Epson L850 printer üçün ümumilikdə, 375 (üç yüz yetmiş beş) manat olmaqla ondan, 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə; Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Epson L850 printeri xx.xx.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 550 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 81 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 550 manat, digər müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00806285 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 640 manat olan İMEİ kodu **********59047 olan X1 7 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 16 ay müddətində ödəniş cədvəli üzrə hər ay 40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01175186 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 972 manat olan Epson L850 printer Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 81 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat ödənilməmiş hissə və 24 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 341 manat ödənilməmiş hissə, 34 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59047 olan X1 7 markalı telefon, üçün 240 manat, xx.xx.20199-cu il tarixli müqaviləyə əsasən, Epson L850 printer üçün 341 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 240 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 24 manat dəbbə (cərimə) pulunun, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 341 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 34 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixdə 00806285 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 240 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2019-cu il tarixdə 01175186 saylı alqı-satqı müqaviləsinə əsasən 341 manat ödənilməmiş hissə, 3 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00806285 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 240 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2019-cu il tarixdə 01175186 saylı alqı-satqı müqaviləsinə əsasən 341 manat ödənilməmiş hissə, 3 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat, ümumilikdə 606 (altı yüz altı) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2053/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2053/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver