Məhkəmə qərarları › İş №e-2(003)-2083/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2083/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2083/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ‘‘ SOLİTON LTD ‘‘ MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 (beş yüz) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi olan 530 (beş yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 605 (altı yüz beş) manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 500 (beş yüz) manat əsas borcu qalmışdır. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunması nəzərdə tutulduğundan cavabdehə pretenziya məktubu göndərilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə görə Cavabdeh İddiaçı-dən 605 manat məbləğində məişət avadanlığı əldə etmiş və 5 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətində aylıq 50 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş 500 manat əsas (qalıq) borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh İddiaçı MMC ilə müqaviləyə əsasən 605 manat məbləğində məişət avadanlığı qəbul etmiş, lakin müqavilə üzrə iddiaçıya olan borc öhdəliyini yerinə yetirməmişdir.Məhkəmədə müəyyən olundu ki, Cavabdeh müqavilə üzrə 5 manat məbləğində ilkin ödəniş etmişdir. Ödənməmiş 500 manat borc qalmaqdadır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 500 manat məbləğində əsas borcun ödənməsi hissəsində təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 500 ( beş yüz ) manat əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar