Məhkəmə qərarları › İş №e-2(003)-21/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-21/2025

09.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-21/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və X3 maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Buzovna- Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 1.5-ci km-də, 39 T 042023; ******* saylı koordinat üzrə kəmərə perpendikulyar şəkildə uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 29 metr aralı məsafədə, neft kəmərin mühafizə zonası daxilində Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq “Azneft” İstehsalat Birliyinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında göstərdi ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana DS- 250 mm-lik yerüstü neft kəmərinin 1,5-ci km-liyində, 39 T 042023; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar şəkildə uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 29 metr aralı məsafədə, neft kəmərlərinin mühafizə zonası daxilində Xəzər rayon Binə Atçılıq qəsəbəsi ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş, üç tərəfi hasarlanmış və içərisində yaşayış olan evin yan hissəsində, 21 metr uzunluğunda və 2.2 metr hündürlüyündə hasar üçün nəzərdə tutulmuş tikinti işlərinin aparılması faktı aşkar edilmişdir Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın Neft Kəmərləri” İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh göstərdi ki, iddia tələbini qəbul etmir. O, 2003-cü ildə mübahisə predmetinə daxil olan evi tikmişdir. Həmin evin sökülməsinə etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh və maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9527 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mühafizə zonasında yerləşir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə neft kəmərinin mühafizəsində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-10/6798 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli daş hasar 50 metrlik mühafizə zolağının daxilinə düşür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7189 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli daş hasar 50 metrlik mühafizə zolağının daxilinə düşür. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən inşa edilmiş tikililər iddiaçı SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış torpaq sahəsinin ərazisindədir. Ekspert rəyləri də bunu təsdiq edir. Eyni zamanda, sözügedən torpaq sahəsi mühafizə zonasına düşür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş tikililər sökülməli və ərazi boşaldılaraq iddiaçı SOCAR-ın İddiaçınə qaytarılmalıdır. İş materiallarında olan ********* nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli 10/9527 nömrəli tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilməsinin dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6798 nömrəli tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilməsinin dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli 10/7189 nömrəli tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilməsinin dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmədə müəyyən olundu ki, ümumi 150 manat dəyərində tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 150 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 1.5-ci km-də, 39 T 042023; ******* saylı koordinat üzrə kəmərə perpendikulyar şəkildə uzaqlaşmaqla, 1ci sırada, kəmərdən 29 metr aralı məsafədə, neft kəmərin mühafizə zonası daxilində Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililəri Cavabdeh hesabına sökülsün, ərazi boşaldılaraq SOCAR-ın İddiaçı istifadəsinə qaytarılsın. Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (VÖEN **********) hesabına (AZ33AİİB******************** "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Xətai" Filialı) 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilsin. Cavabdeh tərəfindən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********) hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar