Məhkəmə qərarları › İş №e-2(003)-2107/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2107/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2107/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1230 manat əsas borc və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli borc müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 ay müddətinə ödəmək şərtilə cavabdeh iddiaçıdan dəyəri 1240 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərtilə dəyəri 360 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdeh müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1020 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 210 manat borcu qalmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MRK ******* saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən 1240 manat məbləğində məişət avadanlığı əldə etmiş və ilkin 40 manat ödəniş etməklə qalan 1200 manat məbləği 15 ay müddətində aylıq 80 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MRK6521118 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən 360 manat məbləğində məişət avadanlığı əldə etmiş və həmin məbləği 12 ay müddətində aylıq 30 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1020 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 210 manat qalıq borcu qalmışdır. İş materiallarından xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 1240 manat və 360 manat dəyərində məişət avadanlıqları almış və aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh aldığı məişət avadanlığının dəyərindən ilkin 40 manat ödəniş etməklə qalan 1200 manat məbləği 15 ay müddətində aylıq 80 manat, xx.xx.2023cü il tarixli borc müqaviləsinə əsasən cavabdeh aldığı məişət avadanlığının dəyərini 12 ay müddətində aylıq 30 manat olmaqla hissə-hissə qaytarması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1020 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 210 manat qalıq borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 33 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1020 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 210 manat, cəmi 1230 manat (bir min iki yüz otuz manat) məbləğində borc və ödənilmiş dövlət rüsumuna 33 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar