Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2111/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 468 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən 23,6 manat rüsum, 46,80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 417,70 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən 23,6 manat rüsum, 41,77 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 34,80 manat əsas borc, 3,48 manat cərimə borcu olmaqla cəmi 1059,75 manat borc və 30,60 manat ödənilmiş dövlət rüsumu Cavabdehndan alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 667,98 manat dəyərində ‘‘Samsung Galaxy A15‘‘ markalı telefonu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 701,16 manat dəyərində ‘‘Samsung Galaxy A15‘‘ markalı telefonu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 70,80 manat dəyərində ‘SBS‘‘ markalı qulaqlığı nisyə almış və cəmi 519,44 manat ödəniş etməklə müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 468 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən 23,6 manat, 46,80 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 417,70 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən 23,6 manat, 41,77 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 34,80 manat əsas borc, 3,48 manat cərimə borcu olmaqla cəmi 1059,75 manat borcu yaranmışdır. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18302269 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 668,02 manat dəyərində ‘‘Samsung Galaxy A15‘‘ markalı telefon nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37,11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19602825 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 701,19 manat dəyərində ‘‘Samsung Galaxy A15‘‘ markalı telefon nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 58,43 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 70,80 manat dəyərində ‘‘SBS‘‘ markalı qulaqlıq nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 5,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 468 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsuma görə 23,6 manat, 46,80 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 417,70 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsuma görə 23,6 manat, 41,77 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 34,80 manat əsas borc, 3,48 manat cərimə borcu olmaqla cəmi 1059,75 manat borcu yaranmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış iki ədəd “Samsung Galaxy A15” markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə hər biri üçün 23,60 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdehna ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 667,98 manat dəyərində ‘‘Samsung Galaxy A15‘‘ markalı telefon nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37,11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 701,16 manat dəyərində ‘‘Samsung Galaxy A15‘‘ markalı telefon nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 58,43 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 70,8 manat dəyərində ‘‘SBS‘‘ markalı qulaqlıq nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 5,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmiş və onun xx.xx.2024-cü il tarixli müqavilə üzrə 468 manat, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 417,70 manat və 34,8 manat əsas borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən həmin müqavilələr üzrə 468 manat, 417,70 manat və 34,80 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini pozduğuna görə aralarında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə satılmış “Samsung Galaxy A15” markalı mobil telefonların deaktiv edilməsinə görə “İnnovativ Layihələr Mərkəzi”nə hər biri üçün 23,60 manat pul köçürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğlərdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə penya ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 46,80 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 41,77 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3,48 manat cərimə borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30,60 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 18302269 saylı müqavilə üzrə 468 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilmiş rüsum üçün 23,6 manat, 46,80 manat cərimə, xx.xx.2024-cü il tarixli, 19602825 saylı müqavilə üzrə 417,70 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilmiş rüsum üçün 23,6 manat, 41,77 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 34,80 manat əsas borc, 3,48 manat cərimə borcu olmaqla cəmi 1059,75 manat (bir min əlli doqquz manat yetmiş beş qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,60 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2111/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2111/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver