Məhkəmə qərarları › İş №e-2(003)-2126/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2126/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2126/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 110,5 manat əsas, 16,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 110,5 manat əsas, 16,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136,2 manat əsas, 20,4 manat cərimə olmaqla ümumilikdə 410,6 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən 329,50 manat dəyərində “Samsung” markalı telefon cavabdehə nisyə satılmış, cavabdeh 18 ay müddətində ayda 19 manat ödəniş etməklə aldığı malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə şərtlərinin pozması nəticəsində 110,50 manat əsas və 16,50 manat məbləğində cərimə borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən 329,50 manat dəyərində “Samsung” markalı telefon cavabdehə nisyə satılmış, cavabdeh 18 ay müddətində ayda 19 manat ödəniş etməklə aldığı malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə şərtlərinin pozması nəticəsində 110,50 manat əsas və 16,50 manat məbləğində cərimə borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləyə əsasən 289,20 manat dəyərində “Samsung” markalı telefon cavabdehə nisyə satılmış, cavabdeh 18 ay müddətində ayda 17 manat ödəniş etməklə aldığı malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə şərtlərinin pozması nəticəsində 136,20 manat əsas və 20,40 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 329,5 manat məbləğində “Samsung A107” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 19 manat, sonuncu ayı isə 6,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 329,5 manat məbləğində “Samsung A107” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 19 manat, sonuncu ayı isə 6,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23208204 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 163,50 manat olan “Tvvs İrbanears” markalı əşya Cavabdeh nisyə satılmış və cavabdeh 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 10,90 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 289,2 manat məbləğində “Samsung A107” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 17 manat, sonuncu ayı isə 0,20 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 110,5 manat əsas, 165 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 110,5 manat əsas, 165 manat cərimə və xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 136,2 manat əsas, 204 manat cərimə borcu mövcuddur. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı ilə onun arasında bağlanmış müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 417-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı MMC ilə cavabdeh arasında nisyə alqı-satqı müavilələri bağlanmış və həmin müqavilələr əsasında cavabdeh, aldığı malların dəyərini hissə-hissə olmaqla ödəməsi barədə öhdəliklər götürmüşdür. Lakin cavabdeh tərəfindən nisyə alqı-satqı müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında ödənilməmiş borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimələr azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə müqavilə üzrə yaranmış 110,5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 16,5 manat cərimə pulunun, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə yaranmış 110,5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 16,5 manat cərimə pulunun və xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə yaranmış 136,2 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 20,4 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 5 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 7 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 110,5 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 110,5 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 136,2 manat əsas, 7 manat cərimə olmaqla ümumilikdə 374,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 217, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 110,5 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 110,5 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 136,2 manat əsas, 7 manat cərimə olmaqla ümumilikdə 374,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar