Məhkəmə qərarları › İş №e-2(003)-2166/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2166/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2166/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə ECK5638470 saylı müqavilə üzrə 686 manat əsas borc, 206 manat faiz borcu, ECK ******* saylı müqavilə üzrə 417 manat əsas borc, 125 manat faiz borcu və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1469 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 25 aprel 2019-cu il və 29 aprel 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 25 aprel 2019-cu il tarixli ECK5638470 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 804 (səkkiz yüz dörd) manat olan 1 ədəd “Samsung Galaxy A30” markalı telefon almış, ilkin ödəniş olaraq 30 (otuz) manat ödəniş etmiş, nəticədə 774 (yeddi yüz yetmiş dörd) manat borc yaranmış və 29 aprel 2019-cu il tarixli ECK5733043 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 456 (dörd yüz əlli altı) manat olan 1 ədəd “Grundig” markalı səs sistemləri almış, ilkin ödəniş etməmiş, nəticədə 456 (dörd yüz əlli altı) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 25 aprel 2019-cu il tarixli ECK5638470 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 43 (qırx üç) manat ödəniş edilmiş və 29 aprel 2019-cu il tarixli ECK5733043 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 19 (on doqquz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-safqı qiyməti ECK5638470 saylı müqavilə üzrə ümumi 804 (səkkiz yüz dörd) manat olan 1 ədəd “Samsung Galaxy A30” markalı telefon üçün ümumilikdə 686 (altı yüz səksən altı) manat ödənilməmiş hissə, 206 (iki yüz altı) manat faiz borcu yaranmış və alqı-satqı qiyməti ECK5733043 saylı müqavilə üzrə ümumi 456 (dörd yüz əlli altı) manat olan 1 ədəd “Grundig” markalı səs sistemləri üçün ümumilikdə 417 (dörd yüz on yeddi) manat ödənilməmiş hissə, 125 (bir yüz iyirmi beş) manaf faiz borcu yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş maateriallarında olan xx.xx.2019-cu il tarixli ECK ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı arasında ümumi dəyəri 804 manat olan 1 ədəd Samsung Galaxy A30 SM-A305 black markalı televizor satılmışdır. İş maateriallarında olan xx.xx.2019-cu il tarixli ECK ******* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı arasında ümumi dəyəri 456 manat olan 1 ədəd Grundig markalı səs sistemi satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ECK ******* saylı müqavilə üzrə 686 manat əsas, 206 manat faiz borcu, xx.xx.2019cu il tarixli ECK ******* saylı müqavilə üzrə 417 manat əsas, 125 manat faiz borcu olmaqla, cəmi 1434 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında malın satılması ilə bağlı iki alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçı öz üzrəinə düşən öhdəliyi icra edərək, malları Cavabdeh təhvil vermiş, lakin sonuncu müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ECK ******* saylı müqavilə üzrə 417 manat əsas borc, 125 manat faiz borcu, xx.xx.2019-cu il tarixli ECK ******* saylı müqavilə üzrə 686 manat əsas borc, 206 manat faiz borcu və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1469 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ECK ******* saylı müqavilə üzrə 686 manat əsas borc, 206 manat faiz borcu, xx.xx.2019-cu il tarixli ECK ******* saylı müqavilə üzrə 417 manat əsas borc, 125 manat faiz borcu və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1469 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar