Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2168/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı cavabdeh İbrahimova (Tağıyeva) Aytac Əyyub qızına qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimova (Tağıyeva) Aytac Əyyub qızından onun xeyrinə Y20K5703757 saylı müqavilə üzrə 168 manat əsas borc, 50 manat faiz borcu, Y20K5703898 saylı müqavilə üzrə 572 manat əsas borc, 172 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 992 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə İbrahimova(Tağıyeva) Aytac Əyyub qızı arasında 17 aprel 2019-cu il və 02 may 2019-cu il tarixlərində “alğı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 17 aprel 2019-cu il tarixli Y20K5703757 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 539 manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon almış, ilkin ödəniş olaraq 35 manat ödəniş etmiş, nəticədə 504 manat borc yaranmış və 02 may 2019-cu il tarixli Y20K5703898 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 654 manat olan 1 ədəd “Samsung Galaxy A30” markalı telefon almış, ilkin ödəniş olaraq 30 manat ödəniş etmiş, nəticədə 624 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 17 aprel 2019-cu il tarixli müqavilə üzrə şonuncu dəfə xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş edilmiş və 02 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 52 manat ödəniş edilmişdir. Cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilələrin şərtləri lazımi qaydada icra edilməmiş və alğı-satqı qiyməti Y20K5703757 saylı müqavilə üzrə ümumilikdə 168 manat ödənilməmiş hissə, 50 manat faiz borcu yaranmış və Y20K5703898 saylı müqavilə üzrə ümumilikdə 572 manat ödənilməmiş hissə, 172 manat faiz borcu yaranmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin tələb hissəsində texniki səhv nəticəsində “dəbbə pulu” yazılmaq əvəzinə “faiz borcu” qeyd edilmişdir. Ona görə də cavabdeh İbrahimova (Tağıyeva) Aytac Əyyub qızından onun xeyrinə Y20K5703757 saylı müqavilə üzrə 168 manat əsas borc, 50 manat cərimə pulu, Y20K5703898 saylı müqavilə üzrə 572 manat əsas borc, 172 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 992 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə İbrahimova (Tağıyeva) Aytac Əyyub qızı arasında xx.xx.2019-cu il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 539 manat olan 1 ədəd “Samsung galaxy A6” mobil telefon İbrahimova (Tağıyeva) Aytac Əyyub qızına nisyə satılmış və cavabdeh, ilkin 35 manat ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 42 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə İbrahimova (Tağıyeva) Aytac Əyyub qızı arasında xx.xx.2019-cu il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 654 manat olan 1 ədəd “Samsung galaxy A30” mobil telefon İbrahimova (Tağıyeva) Aytac Əyyub qızına nisyə satılmış və cavabdeh, ilkin 30 manat ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 52 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Həmin müqavilələrin 2.4-cü bəndinə əsasən “alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 168 manat əsas, 50 manat faiz (dəbbə) pulu, xx.xx.2019cu il tarixli ******* saylı müqavilə üzrə 572 manat əsas, 172 manat faiz (dəbbə) pulu borcu mövcuddur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat rüsum ödənilmişdir. İş materiallarında olan cavabdehə ünvanlanmış məktubdan görünür ki, aralarında bağlanmış müqavilələrin ləğv edilməsini və həmin müqavilələr üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasında cavabdeh tərəfindən iddiaçıdan müxtəlif əşyalar alınmış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənilməmiş əsas borclar cavabdehdən tutulmaqla həmin hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin aralarında bağlanmış müqavilələrin 2.4-cü bəndinə əsasən tələb olunan dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən 168 manat əsas borca münasibətdə 50 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən 572 manat əsas borca münasibətdə 172 manat cərimə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İbrahimova (Tağıyeva) Aytac Əyyub qızından iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən 10 manat, xx.xx.2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən 30 manat cərimə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdən alınaraq iddiaçının xeyrinə tutilmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 168 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 572 manat əsas, 30 manat cərimə olmaqla cəmi 780 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 2333, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İbrahimova (Tağıyeva) Aytac Əyyub qızından xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 168 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 572 manat əsas, 30 manat cərimə olmaqla cəmi 780 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2168/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2168/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver