Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2176/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2160 manat ödənilməmiş hissə, 216 manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqavilə üzrə 426,06 manat ödənilməmiş hissə, 42,61 manat cərimə borcu olmaqla cəmi 2844,67 manat borcun və 48,45 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə bağlanılan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2376 manat dəyərində “Soyuducu LG, Zəmanət+3 il” , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 468,27 manat dəyərində “OPPO A3X markalı telefon, Paket L, Zəmanət + 3 il” mallarını nisyə almış və cəmi 0 manat ödəniş etməklə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və 2844,67 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ******* saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2160 manat dəyərində “Soyuducu LG, Zəmanət+3 il” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 180 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi ilə iddiaçı tərəfindən cavabdehə 2160 manat dəyərində “Soyuducu LG, Zəmanət+3 il” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 180 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdehlə iddiaçı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı tərəfindən cavabdehə “OPPO A3X markalı telefon, Paket L, Zəmanət + 3 il” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23,67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmiş və onun xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2160 manat borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 426,06 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2160 manat əsas borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 426,06 manat əsas borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 216 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tələb olunan 216 manat dəbbə pulunu 50 manat olaraq azaldır. Beləliklə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat məbləğində cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 42,61 manat məbləğində cərimə borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 48,45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 48,45 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı müqavilə üzrə 2160 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 426,06 manat əsas borc, 42,61 manat cərimə borcu olmaqla, cəmi 2678,67 manat (iki min altı yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 48,45 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2176/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2176/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver