Məhkəmə qərarları › İş №e-2(003)-2207/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2207/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2207/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********79120 İPHONE 13 markalı telefoünçün 1945.16 (min doqquz yüz qırx beş manat, 16 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 194.52 (yüz doxsan dörd manat, 52 qəpik) manat dəbbə. xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********42258 İPHONE 13 markalı telefonüçün 1862.90 (min səkkiz yüz altmış iki manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 186.29 (yüz səksən altı manat, 29 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) XİDMƏTİ, İMEİ KODU **********77453 İPHONE 14 markalı telefonüçün, 1637.53 (min altı yüz otuz yeddi manat, 53 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 163.75 (yüz almış üç manat,75 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********27832 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 1470.06 (min dörd yüz yetmiş manat, 06 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 147.01 (yüz qırx yeddi manat, 01 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL (KONTAKT) xidməti, PAKET L xidməi, imei kodu **********29588 SAMSUNG GALAXY A24 markalı telefonü,çün, 259.90 (iki yüz əlli doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 25.99 (iyirmi beş manat,99 qəpik) manat dəbbə Ümumilikdə 7987.51 manat borc, 99.88 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********79120 İPHONE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********42258 İPHONE 13 markalı telefon QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) XİDMƏTİ, İMEİ KODU **********77453 İPHONE 14 markalı telefon, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU**********27832 SAMSUNG GALAXY S23 FE markalı telefonQ,İZİL ZƏMANƏT ULTRA 1 İL (KONTAKT) xidməti, PAKET L xidmət, imei kodu **********29588 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 7987.51 (yeddi min doqquz yüz səksən yeddi manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2190.78 (iki min yüz doxsan manat, 78 qəpik) manat (18 ay x 121.71 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********79120 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 2163.28 (iki min yüz altmış üç manat, 28 qəpik) manat olmaqla ondan, 1945.16 (min doqquz yüz qırx beş manat, 16 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 194.52 (yüz doxsan dörd manat, 52 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2082.96 (iki min səksən iki manat, 96 qəpik) manat (18 ay x 115.72 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİKODU **********42258 İPHONE 13 markalı telefonümumilikdə, 2072.79 (iki min yetmiş iki manat, 79 qəpik) manat olmaqla ondan 1862.90 (min səkkiz yüz altmış iki manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 186.29 (yüz səksən altı manat, 29 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2280.06 (iki min iki yüz səksən manat, 06 əpik) manat (18 ay x 126.67 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, İMEİ KODU **********77453 İPHONE 14 markalı telefonüçün ümumilikdə, 1824.88 (min səkkiz yüz iyirmi dörd manat, 88 qəpik) manat olmaqla ondan, 1637.53 (min altı yüz otuz yeddi manat, 53 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 163.75 (yüz almış üç manat,75 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1470.06 (min dörd yüz yetmiş manat, 06 qəpik) manat (18 ay x 81.67 + 0 manat ilkin ödəniş) olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********27832 SAMSUNG GALAXY S23 FEmarkalı telefon üçün ümumilikdə, 1640.67 (minaltı yüz qırx manat, 67 qəpik) manat olmaqla ondan, 1470.06 (min dörd yüz yetmiş manat, 06 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 147.01 (yüz qırx yeddi manat, 01 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 710.28 (yeddi yüz on manat, 28 qəpik) manat (18 ay x 39.46 + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 1 İL (KONTAKT) xidməti, PAKET L xidməi, imei kodu **********29588 SAMSUNG GALAXYA24 markalı telefonü,çün ümumilikdə, 285.89 (iki yüz səksən beş manat, 89 qəpik) manat olmaqla ondan, 259.90 (iki yüz əlli doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.99 (iyirmi beş manat,99 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1558.59 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02986141 saylı müqavilədən aydın olur ki, APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********79120 İPHONE 13 markalı telefon üçün hər ay nağd qaydada 121.71 manat ödəməklə, 18 ay müddətinə 2190.78 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04088752 saylı müqavilədən aydın olur ki, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİKODU **********42258 İPHONE 13 markalı telefon üçün hər ay nağd qaydada 115.72 manat ödəməklə, 18 ay müddətinə 2082.96 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10757253 saylı müqavilədən aydın olur ki, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, İMEİ KODU **********77453 İPHONE 14 markalı telefon üçün hər ay nağd qaydada 126.67 manat ödəməklə, 18 ay müddətinə 2280.06 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08924410 saylı müqavilədən aydın olur ki, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********27832 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün hər ay nağd qaydada 81.67 manat ödəməklə, 18 ay müddətinə 1470.06 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02984925 saylı müqavilədən aydın olur ki, QİZİL ZƏMANƏT ULTRA 1 İL (KONTAKT) xidməti, PAKET L xidməi, imei kodu **********29588 SAMSUNG GALAXYA24 markalı telefon üçün hər ay nağd qaydada 39.46 manat ödəməklə, 18 ay müddətinə 710.28 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. -maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02986141 saylı müqaviləyə əsasən 1945,16 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 194,52 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 04088752 saylı müqaviləyə əsasən 1862.90 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 186.29 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 10757253 saylı müqaviləyə əsasən 1637.53 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 163.75 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 08924410 saylı müqaviləyə əsasən 1470.06 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 147.01 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 02984925 saylı müqaviləyə əsasən 259.90 manat əsas, 25.99 manat dəbbə (cərimə) borcu, cəmi 7987,51 manat borcu yaranmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 99,88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2190.78 olan APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********79120 İPHONE 13 markalı telefon, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2082.96 manat olan QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİKODU **********42258 İPHONE 13 markalı telefon; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2280.06 manat olan QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) XİDMƏTİ, İMEİ KODU **********77453 İPHONE 14 markalı telefon, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1470.06 manat olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********27832 SAMSUNG GALAXY S23 FE markalı telefon, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 710.28 manat olan QİZİL ZƏMANƏT ULTRA 1 İL (KONTAKT) xidməti, PAKET L xidməi, imei kodu **********29588 SAMSUNG GALAXYA24 markalı telefon almış və cəmi 7987,51 manat borc yaranmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefon Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1945,16 manat, 1862,9 manat, 1637,53 manat, 1470,06 manat, 259,9 məbləğində əsas borca münasibətdə cavabdehdən 194,52 manat, 186,29 manat, 163,75 manat, 147,01 manat və 25,99 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 90,0 manat, 80,0 manat, 70,0 manat, 50,0 manat və 10 manat cərimə tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 99,88 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02986141 saylı müqaviləyə əsasən 1945,16 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 90,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 04088752 saylı müqaviləyə əsasən 1862.90 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 80,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 10757253 saylı müqaviləyə əsasən 1637.53 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 70,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 08924410 saylı müqaviləyə əsasən 1470.06 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 50,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 02984925 saylı müqaviləyə əsasən 259.90 manat əsas, 10,0 manat dəbbə (cərimə) borcu və və dövlət rüsumu üçün ödənilmiş 99,88 manat olmaqla, cəmi 7669,83 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02986141 saylı müqaviləyə əsasən 1945,16 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 90,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 04088752 saylı müqaviləyə əsasən 1862.90 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 80,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 10757253 saylı müqaviləyə əsasən 1637.53 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 70,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 08924410 saylı müqaviləyə əsasən 1470.06 manat əsas, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 50,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-cü il tarixli, 02984925 saylı müqaviləyə əsasən 259.90 manat əsas, 10,0 manat dəbbə (cərimə) borcu və və dövlət rüsumu üçün ödənilmiş 99,88 manat olmaqla, cəmi 7669,83 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar