Məhkəmə qərarları › İş №e-2(003)-2216/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2216/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2216/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеh Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASCnin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “BMW 325İ” markalı, 90–MA–325 dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2023-cü il aprelin 23-də Cavabdeh idarə etdiyi “BMW 325İ” markalı, 90–MA–325 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “TESLA MODEL S” markalı, 99–LO–911 dövlət nömrə nişanlı və “TOYOTA PRİUS” markalı, 77–HR–332 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nizami DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nizami DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 1716 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TESLA MODEL S” markalı, 99–LO–911 dövlət nömrə nişanlı avtomobillə 9350 manat məbləğində ziyan dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “TOYOTA PRİUS” markalı, 77–HR– 332 dövlət nömrə nişanlı avtomobillə 1400 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Belə olan halda, sığorta ödənişi aşağıdakı qaydada hesablanır: 5000 manat sığorta məbləği : 10750 manat (dəymiş zərərin ümumi məbləği 9350+1400) = 0,**********697674 0,**********697674 x 9350 = 4348,84 manat sığorta ödənişi 0,**********697674 x 1400 = 651,16 manat sığorta ödənişi İddiaçı xx.xx.2023-cü il tarixində 4348,84 manat məbləği zərərçəkmiş şəxs X6 ödəmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində 651,16 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında “BMW 325İ” markalı, 90–MA–325 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 12 ay müddətinə PXA ********** nömrəli, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsi bağlanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür kixx.xx.2023-cü il tarixdə, saat 20:50-də Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat vasitəsinin növü toqquşma olmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində təqsiri olan şəxs X3 mülkiyyətində olan **-MA-*** dövlət qeydiyyat nişanlı, “BMW 325İ” minik markalı avtonəqliyyat vasitəsini idarə edən şəxs Cavabdeh, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulan avtomobillər X1 mülkiyyətində olan 77–HR–332 dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi və X4 mülkiyyətində olan “TESLA MODEL S” minik markalı, 99–LO–911 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsidir. İXP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 20:50-də idarə etdiyi “BMW 325İ” minik markalı, 90–MA–325 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla hadisə yerindən yayınmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində X6 və X2 maddi zərər yetirilmişdir. Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" tərəfindən tərtib olunmuş 1716 nömrəli, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “TESLA MODEL S” minik markalı, 99–LO–911 dövlət qeydiyyat nişanlı avtomobilə 9350 manat zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı, 77–HR–332 dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat zərər dəymişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA141215 nömrəli sığorta aktından görünür ki, X4 mülkiyyətində olan “TESLA MODEL S” minik markalı, 99–LO–911 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 9350 manat, sığorta ödənişinin məbləği 4348,84 manat təşkil edir. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA141216 nömrəli sığorta aktından görünür ki, X1 mülkiyyətində olan 77–HR–332 dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1400 manat, sığorta ödənişinin məbləği 651,16 manat təşkil edir. xx.xx.2023-cü il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil təslim aktından və cari hesabdan çıxarışdan görünür ki, X5 “TESLA MODEL S” minik markalı, 99–LO–911 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün plastik kart verilmiş və həmin karta 4348,84 manat köçürülmüşdür. xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil təslim aktından və cari hesabdan çıxarışdan görünür ki, X2 “Toyota Prius” markalı, 77– HR–332 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün plastik kart verilmiş və həmin karta 651,16 manat köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 13 iyun 2023-cü il tarixli, xx/xx- 1104 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 57060921 nömrəli çekindən görünür ki, "xxxx" ASC tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan “BMW 325İ” markalı, 90–MA–325 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə 77–HR–332 dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə və “TESLA MODEL S” minik markalı, 99–LO–911 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ var. 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı yaranır. Bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 70 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar