Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2252/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 220 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: “Elektron məhkəmə” informasiya sisteminin portalından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “MilliÖN” elektron ödəmə sistemi tərəfindən verilmiş qəbzdən görünür ki, Cavabdeh tərəfindən 220 manat məbləğ "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, iş üzrə borc tam olaraq cavabdeh tərəfindən ödənildiyi üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, həmçinin dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin məbləği iddiaçıya ödənildiyinə və iddiaçı tərəfindən borc ödənildiyi üçün iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə ərizə yazılaraq iddiadan imtina edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Həmçinin "xxxx" ASC tərəfindən ("xxxx" ASC, VÖEN **********, büdcə təsnifat kodu: 14221102; Xəzinə hesabı: AZ17CTRE********************; qəbzin nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ("xxxx" ASC, VÖEN **********, büdcə təsnifat kodu: 14221102; Xəzinə hesabı: AZ17CTRE********************; qəbzin nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2252/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2252/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver