Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2259/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4900.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (69AZN) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 07:50 radələrində Bakı şəhəri Buzovna qəsəbəsi Zaqulba prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21013” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes CLS 500” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı və “Renault Meğane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “VAZ 21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli qüsur aktlarına əsasən, “Mercedes CLS 500” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat məbləğində və “Renault Megane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2019cu il tarixli ödəniş sənədindən göründüyü kimi, iddiaçı tərəfindən 4500 manat sığorta ödənişi zərərçəkmis şəxs X1 hesabına ödənilmişdir. xx.xx.2019- cu il tarixli ödəniş sənədindən göründüyü kimi, iddiaçı tərəfindən 400 manat sığorta ödənişi isə zərərçəkmis şəxs X2 hesabına ödənilmişdir. Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnikleytenantı David Yusifovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından və bunun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə xx.xx.2019-cu il tarixli, 055-23862-1219 saylı arayışından göründüyü kimi, Şahbazov X4 Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.1ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh X3 məxsus nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “VAZ 21013” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığrtalanmışdır. Sığorta məbləği- əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatdır. Müqavilənin müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədəkdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın və yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatın surətlərindən görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs “VAZ 2101” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdehdur, avtobobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə zamanı X5 məxsus “Mercedes CLS 500” markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 məxsus “Renault” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, sürücü Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1-ci maddəsinin tərkibi olması, lakin Xətai RPİ-nin İŞ-nin xx.xx.2019cu il tarixli qərarın nəzərə alınması barədə Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis polkovnik-leytenantı David Yusifov tərəfindən qərar qəbul edilmişdir. Həmçinin həmin qərardan görünür ki, iş üzrə toplanmış sənədlərdən görünür ki, xx.xx.2019-ci il tarixdə, saat təxminən 08:00 radələrində sürücü Cavabdeh idarə etdiyi X3 məxsus “Vaz 2101” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna- Bilgəh istiqamətində hərəkətdə olduğu zaman yol ayrıcından əsas yola çıxarkən qarşıda dayanmış avtomobil ilə ara məsafəsini düzgün müəyyən etməmiş, eləcə də, əsas yolda hərəkətdə olan avtomobillərin hərəkətini nəzərə almadan hərəkətə davam etmək istəyərkən manevr etmə qaydasını pozaraq əsas yolda hərəkətdə olan “Mercedes CLS 500” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonra da, özündən sağ tərəfdə dayanmış “Renault” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan “Avtomobillərin Texniki Xidmət mərkəzi” mərkəzi tərəfindən verilmiş qüsur aktlarının surətlərindən görünür ki, “Mercedes CLS 500” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 4500 manat, “Renault Megane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 400 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı sığorta şirkəti tərəfindən avtomobillərə dəymiş ziyanla bağlı “Mercedes CLS 500” markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 hesabına 4500 manat, “Renault” markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 hesabına 400 manat köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişi aldıqdan sonra 7 gün müddətində 4900 manat məbləğində zərərin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2019-ci il tarixdə Cavabdeh sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan “Vaz 21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və iki avtomobilə zərər dəymişdir. İddiaçı sığorta şirkəti tərəfindən avtomobillərə dəymiş ziyan məbləğlərinə uyğun 4500 manat və 400 manat həmin avtomobillərin sahiblərinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan avtomobil, sürücülük vəsiqəsi olmadan Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə digər 2 avtomobilə zərər vurmuşdur. Bu baxımdan Yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 4900 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 69 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4900 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 69 manat, cəmi 4969 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2259/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2259/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver