Məhkəmə qərarları › İş №e-2(003)-2262/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2262/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2262/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80574 Samsung Galaxy A51 markalı telefon üçün 507.7 (beş yüz yeddi manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 50.3 (əlfi manat, otuz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 446.3 (dörd yüz qırx altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 44.7 (qırx dörd manat, yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi saatüçün 62.8 (altmış iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 6.2 (altı manat, iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10765 BQ-2817 markalı telefonüçün 37.4 (otuz yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 3.6 (üç manat, altmış qəpik) manat cərimə, ümumilikdə, 1159 manat borc və 31.59 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.9-ci maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər ərizəçidan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsinin icraata götürülməsinə zərurət və əsas yoxdur. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının ərizəsi əsasında geri qaytarıldığından mülki iş üzrə ödənilmiş dövlət rüsümu da iddiaçıya geri qaytarılmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cu maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan İddiaçı MMC tərəfindən “Paşa Bank” ilə xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı 31,59 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından "xxxx" MMC tərəfindən “Paşa Bank” Xəzər rayon filialı vasitəsi ilə xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş 31,59 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 13.4, 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" MMC tərəfindən “Paşa Bank” vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, ********* saylı qəbzlə ödənilmiş 31,59 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar