Məhkəmə qərarları › İş №e-2(003)-2327/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2327/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2327/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 369,88 manat ödənilməmiş hissə, 36,99 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 361,18 manat ödənilməmiş hissə, 36,12 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 99,9 manat ödənilməmiş hissə, 9,99 cərimə borcu olmaqla, cəmi 914,06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 444 manat dəyərində “Ödənişin təminatı xidməti, X2 3 il xidməti, Blackview Tab 60 markalı planşet”, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 4267,92 manat dəyərində “Zəmanət+2 il xidməti, Asus Tuf kompüter, Gaming Mouse, Bag Rivacase kompüter çantası, X1&Student 2021, Trimmer Philips”, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 600 manat dəyərində “Tozsoran Bosch” nisyə almış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Trimmer Philips”-dən xx.xx.2023-c il tarixində imtina etmiş və bu məhsul 216,96 manat qiymətləndirilərək, borcundan silinmişdir. Ümumilikdə cavabdeh bu müqavilələr üzrə cəmi 574,22 manat ödəniş etməklə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və 914,06 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 15952283 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 444 manat dəyərində “Ödənişin təminatı xidməti, X2 3 il xidməti, Blackview Tab 60 markalı planşet” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03714296 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 4267,92 manat dəyərində “Zəmanət+2 il xidməti, Asus Tuf kompüter, Gaming Mouse, Bag Rivacase kompüter çantası, X1&Student 2021, Trimmer Philips” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 177,83 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına daxil olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 170326 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 600 manat dəyərində “Tozsoran Bosch” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilən maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli müqavilə üzrə 369,88 manat ödənilməmiş hissə, 36,99 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 361,18 manat ödənilməmiş hissə, 36,12 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 99,9 manat ödənilməmiş hissə, 9,99 cərimə borcu olmaqla, cəmi 914,06 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 444 manat dəyərində “Ödənişin təminatı xidməti, X2 3 il xidməti, Blackview Tab 60 markalı planşet”, nisyə satılmış və cavabdeh aldığı mallarının dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37 manat məbləğində pulu ödəməyi, xx.xx.2022-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 4267,92 manat dəyərində “Zəmanət+2 il xidməti, Asus Tuf kompüter, Gaming Mouse, Bag Rivacase kompüter çantası, X1&Student 2021, Trimmer Philips” nisyə satılmış və cavabdeh aldığı mallarının dəyərini 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 117,83 manat məbləğində pulu ödəməyi, xx.xx.2024-cü il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 600 manat dəyərində “Tozsoran Bosch” nisyə satılmış və cavabdeh aldığı mallarının dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və onun 830,96 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri üzrə 830,96 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə penya ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 83,1 manat məbləğində cərimə borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri üzrə üzrə 830,96 manat əsas borc, 83,1 manat cərimə borcu olmaqla cəmi 914,06 manat (doqquz yüz on dörd manat altı qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar