Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2342/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alınaraq 579 manat qalıq borcu, 692 manat cərimə borcu olmaqla ümumilikdə 1271,86 manat borcun və 32,71 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmiş və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2342-2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2342-2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı 18 iyul 2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. Təyin edilmiş məhkəmə iclasında cavabdeh iştirak etsə də iddiaçının nümayəndəsi gəlməmiş, bununla belə iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərilsə də texniki xəta səbəbindən ərizənin mahiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə iclası iddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədi ilə təxirə salınmışdır. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumat iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının nümayəndəsi hazırki iclasda heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəf məhkəmə iclası barədə məlumatlandırılsa da məhkəmənin birinci çağırışında gəlməmiş, həmçinin işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət edilməmişdir. Eyni zamanda cavabdeh tərəfin işin mahiyyəti üzrə baxılması barədə tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmçinin iddiaçıya izah edilməlidir ki, onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-2342/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2342/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver