Məhkəmə qərarları › İş №e-2(003)-2393/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2393/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2393/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 600,3 manat ödənilməmiş hissə, “İnnovativ layihlər mərkəzinə” ödənilən 23,6 manat rüsumunun, 60,03 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2760,1 manat ödənilməmiş hissə, “İnnovativ layihlər mərkəzinə” ödənilən 23,6 manat rüsumunun, 276,01 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli digər müqavilə üzrə 134,1 manat ödənilməmiş hissə, 13,41 manat cərimə borcu olmaqla, cəmi 3891,15 manat borcun və 58,92 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1113,48 manat dəyərində “Xiaomi Poco M6 Pro” markalı telefon, “Kieslect” qol saatı, “Huawei Freebuds 5i” qulaqlıq və Vinil Mat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3106,08 manat dəyərində “Honor X9B” markalı telefon və “LG” markalı televizor, xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən 275,6 manat dəyərində “Hoffmann” markalı qaz kolonkasını nisyə almış və cəmi 1000,66 manat ödəniş etməklə müqavilələr üzrə öhdəliyini tam yerinə yetirməmiş və nəticədə 3494,5 manat ödənilməmiş hissə, “İnnovativ layihlər mərkəzinə” ödənilən 47,2 manat rüsumu, 349,45 manat cərimə borcu olmaqla, cəmi 3891,15 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02027133 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1113,48 manat dəyərində, “Xiaomi Poco M6 Pro” markalı telefon, “Kieslect” qol saatı, “Huawei Freebuds 5i” qulaqlıq və Vinil Mat nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 61,86 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ABC-Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 10729580 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1113,48 manat dəyərində, 3106,08 manat dəyərində “Honor X9B” markalı telefon və “LG” markalı televizor nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 172,56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına daxil olan ABC-Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 10729581 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 275,6 manat dəyərində “Hoffmann” markalı qaz kolonkası nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə hər üç müqavilə üzrə 3494,5 manat əsas borc, “İnnovativ Layihələr Mərkəzi”nə ödənilmiş rüsum üçün 47.2 manat, 349,45 manat cərimə borcu olmaqla, cəmi 3891,15 manat borcu yaranmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Xiaomi Poco M6 Pro” və “Honor X9B” markalı mobil telefonların açılıb-bağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə 47.2 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli 02027133 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 1113,48 manat dəyərində, “Xiaomi Poco M6 Pro” markalı telefon, “Kieslect” qol saatı, “Huawei Freebuds 5i” qulaqlıq və Vinil Mat nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 61,86 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Sonra cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli 10729580 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 1113,48 manat dəyərində, 3106,08 manat dəyərində “Honor X9B” markalı telefon və “LG” markalı televizor nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 172,56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra isə cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli 10729581 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 275,6 manat dəyərində “Hoffmann” markalı qaz kolonkası nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmiş və onun 3494,5 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən söügedən müqavilələr üzrə 3494,5 manat pul tutulmalıdır. Eyni zamanda müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə satılmış “Xiaomi Poco M6 Pro” və “Honor X9B” markalı mobil telefonların açılıb-bağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə 47,2 manat pul köçürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, 47,2 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə penya ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 349,45 manat məbləğində cərimə borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 58,92 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 58,92 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli 02027133 saylı, xx.xx.2024-cü il tarixli 10729580 saylı və xx.xx.2024-cü il tarixli 10729581 saylı müqavilələr üzrə 3494,5 manat ödənilməmiş hissə, “İnnovativ layihlər mərkəzinə” ödənilən 47,2 manat rüsumunun, 349,45manat cərimə borcu olmaqla, cəmi 3891,15 manat ( üç min səkkiz yüz doxsan bir manat on beş qəpik) borcun və 58,92 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar