Məhkəmə qərarları › İş №e-2(003)-247/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-247/2025

15.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-247/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi cavabdehlər Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan D315 mm diametrli «Buzovna QPS-Mərdəkan dairəsi» yüksək təzyiqli (6 atmosfer) yeraltı magistral qaz kəmərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində, 39T 424641.72; 4483393.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasar və təyinatı bilinmiyən tikilinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh – Cavabdehtərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan D315 mm, «Buzovna QPS-Mərdəkan dairəsi» yüksək təzyiqli (6 atmosfer) yeraltı magistral qaz kəmərinin Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində,qaz kəmərinin mühafizə zonasında, 39T 424641.72; 4483393.78 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “5” metr məsafədə qanunsuz olaraq daş hasar və təyinatı bilinmiyən inşaat işləri aparılmışdır. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2024-cü il tarixli, 14-2-12-7/2-125/2024 nömrəli məktubla Xəzər Rayon İcra Hakimiyyətinə, xx.xx.2024- cü il tarixli, 14-2-12-7/2-124/2024 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, xx.xx.2024-cü il tarixli, 14-2-12-7/2-126 nömrəli məktubla Azərbaycan Respublikası Xəzər rayon Polis İdarəsinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, D315 mm diametrli «Buzovna QPS-Mərdəkan dairəsi» yüksək təzyiqli (6 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdehtərəfindən, qaz kəmərinin «5» metrliyində qanunsuz olaraq daş hasar və təyinatı bilinməyən tinkinti işlərinin aparılması barədə Hövsan Qaz Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərininmühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, Qaz İxrac İdarəsinin 2 iyul 2024-cü il tarixli, 14-2-12/3-61671/2024 nömrəli məktubunun icrası ilə əlaqədar olaraq qeyd olunan ərazidə olduq. xx.xx.2024-cü il tarixində “Zabrat-Buzovna-Türkan xəttinin Buzovna QPS- Mərdəkan dairəsi” yüksək təzyiqli yeraltı polietilen qaz kəmərinə baxış keçirdik və müəyyən olundu ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, 39 T 424641.72 m, E 4483393.78mN koordinantında yerləşən Cavabdeh məxsus torpaq sahəsi yeraltı D315 mm-lik politelin qaz kəmərindən (layihə təzyiqi 6 atm) 5.7 m məsafədə hasar və təyinatı bilinməyən tikinti aşkar olunmuşdur.Hal-hazırda heç bir tikinti işləri aparılmır. xx.xx.2024-cü il tarixli müraciətət baxılması nəticəsi haqqında məktubdan görünür ki, ərizədə qeyd edilən torpaq sahəsinin 605.16 m2 hissəsi QPS-in və qaz kəmərinin təhlükəsizlik tədbirləri zonası daxilində yerləşdiyindən, eləcə də QPS-in, kəmərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaq sahəsinin (805.16 m2) ayrı-ayrı hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi yolverilməzdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubun sürətindən görünür ki, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin 7, 9.5 və 11.1-ci, habelə 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.36-cı bəndini rəhbər tutaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması, qeyd edilən qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə 39 T 424641.72, 4483393.78 koordinatı üzrə vətəndaş Cavabdeh məxsus torpaq sahəsinə eləcə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün müvafiq köməklik göstərilməsini sizdən xahiş etmişdir. Azərbaycan Respublikası Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanmış mühafizə zonasının pozulması barədə məktubun sürətindən görünür ki, Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci, habelə 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü bəndlərini rəhbər tutaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə 39 T 424641.72, 4483393.78 koordinatı üzrə yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və təyinatı bilinməyən tikilinin sökülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə əhlükəsizliyə X2 məlumat verilməsini sizdən xahiş etmişdir. Azərbaycan Respublikası Xəzər rayon Polis İdarəsinə ünvanlanmış Magistral qaz kəmərinin mühafizə zonasının pozulması barədə məktubun sürətindən görünür ki, Göstərilənləri nəzərə alaraq, Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən yeraltı 03315 mm-lik, “Buzovna QPS-Mərdəkan dairəsi” (6 atm) yüksək təzyiqli polietilen magistral qaz kəmərinin 16-cı km-də 39 T 424641.72, 4483393.78 koordinatı üzrə kəmərin mühafizə zonasında tikinti işləri aparmış Cavabdeh şəxsiyyətinin müəyyənləşdirilərək ona məxsus toraq sahəsinin mülkiyyət sənədlərinin eləcə də tikili sahibinin şəxsiyyət vəsiqəsinin suretinin X4 Kəmerləri Sahəsinə göndərilməsinə köməklik göstərilməsini və geləcəkdə elavə tikinti işləri aparılmasının qarşısının alınması üçün ərazinin nəzarətə götürülməsini sizdən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/87369 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan hasar tikilisi ilə baxış zamanı naturada təqdim edilən yeraltı qaz xətti arasındakı məsafənin 5 (beş) metr təşkil etdiyini nəzərə alaraq həmin hasar tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının müvafiq bəndlərinə əsasən Azərbayçan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan D315 mm diametrli “Buzovna QPS Mərdəkan dairəsi” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan D315 mm, «Buzovna QPS-Mərdəkan dairəsi» yüksək təzyiqli (6 atmosfer) yeraltı magistral qaz kəmərinin Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində,qaz kəmərinin mühafizə zonasında, 39T 424641.72; 4483393.78 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “5” metr məsafədə qanunsuz olaraq daş hasar və təyinatı bilinmiyən inşaat işləri aparılmışdır. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərindən görünür ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İstismar olunan ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 5 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi və s. işlərin aparılması qadağandır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh istifadəsində olan torpaq sahəsində müvafiq razılıq olmadan neft boru kəmərinin mühafizə zonasında hər hansı bir tikinti işlərinin aparması mühafizə zonalar üçün təsdiq edilmiş qaydalara uyğun deyildir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildiki, Cavabdeh faktiki istifadəsində olan Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş hasar tikilisinin kəmərdən 5 metr aralıda inşa edilməsi nəzərə aldıqda, həmin tikililərin 315 mmlik magistral qaz kəmərinin mühafizə zonasına düşür. Həmçinin ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan hasar tikilisi ilə baxış zamanı naturada təqdim edilən yeraltı qaz xətti arasındakı məsafənin 5 (beş) metr təşkil etdiyini nəzərə alaraq həmin hasar tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının müvafiq bəndlərinə əsasən Azərbayçan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan D315 mm diametrli “Buzovna QPS Mərdəkan dairəsi” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə Cavabdeh məxsus tikililər yüksək təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan 315 mm diametrli “Buzovna QPS Mərdəkan dairəsi” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Cavabdeh məxsus həmin ünvanda yerləşən daş hasar və təyinatı bilinmiyən tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan D315 mm diametrli «Buzovna QPS-Mərdəkan dairəsi» yüksək təzyiqli (6 atmosfer) yeraltı magistral qaz kəmərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində, 39T 424641.72; 4483393.78 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasar və təyinatı bilinmiyən tikili cavabdehin hesabına sökülsün, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar