Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2477/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC-i ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il taixli və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2021-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 7428,0 (yəni 3 ay x 2400,0 manat + 228,0 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********04678 İphone SE, İMEİ Kodu **********69191 olan Samsung Galaxy S 21 markalı telefonlar, APPlE markalı komputer, İMEİ Kodu sdmpdv515q1gj olan İpad almış. Müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 6240,3 manat borcu qalmışdır. Hazırda mövcud olan 6240,3 manat borcdan, 4800,0 manat əsas borc və müştəriyə güzəşt olunaraq 1440,3 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən o, alqı-satqı qiyməti 2822,2 manat (yəni 3 ay x 913,0 manat + 83,2 manat ilkin ödəniş) Canon markalı fotoaparat, yaddaş kartı almışdır. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 3320,7 manat borcu qalmışdır. Hazırda mövcud olan 3320,7 manat borcdan, 2499,0 manat əsas borc və müştəriyə güzəşt olunaraq 821,7manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2951,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh cəmi 9561,0 manat borc və ödənilmiş dövlət rüsumuna görə 115,61 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh cəmiyyətdən müxtəlif vaxtlarda müqavilələr əsasında əşyalar götürmüşdür. Hazır ki, mülki iş üzrə qeyd ocavabdeh tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdiki, o, iddiaçı təşkilatdan nisyə alqı-satqı müqaviləsi əsasında əşyalar götürmüşdür. Maddi imkanı aşağı olduğundan borcunu ödəyə bilməmişdir. O, iddia ərizəsində xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqavilə üzrə tələb olunan əsas borc məbləği ilə razıdır, lakin cərimə borcunu qəbul etmir. Həmçinin xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilə ilə qismən razıdır. Belə ki, hesab edir ki, həmin müqavilə üzrə o, 913,0 manat ödəniş etmişdir. Lakin iddiaçı təşkilat həmin müavilə üzrə onun 323,2 manat ödəniş etməsini göstərmişdir. Lakin onda qeyd olunan müqavilə üzrə aprılmış ödənişə dair hər-hansı qəbz yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqavilədən aydın olur ki, İMEİ kodu **********04678 İphone SE, İMEİ Kodu **********69191 olan Samsung Galaxy S 21 markalı telefonlar, APPlE markalı komputer, İMEİ Kodu sdmpdv515q1gj olan İpad üçün ilkin ödəni 228,0 manat olmaqla hər ay nağd qaydada 2400,0 manat ödəməklə, 3 ay müddətinə, 7428,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh İMEİ kodu **********04678 İphone SE, İMEİ Kodu **********69191 olan Samsung Galaxy S 21 markalı telefonlar, APPlE markalı komputer, İMEİ Kodu sdmpdv515q1gj olan İpadı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək İddiaçı MMC–yə hər ay 2400,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2021-ci il tarixli 22421171 saylı müqaviləyə əsasən 4800,0 manat əsas, 1440,3 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilədən aydın olur ki, Canon markalı fotoaparat, yaddaş kartı üçün ilkin ödəniş 83,2 manat olmaqla hər ay nağd qaydada 913,0 manat ödəməklə, 3 ay müddətinə, 2822,2 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh Canon markalı fotoaparat, yaddaş kartıu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək İddiaçı MMC–yə hər ay 913,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2021-ci il tarixli 23010160 saylı müqaviləyə əsasən 2499,0 manat əsas, 821,7 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 115,61 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqaviləyə əsasən ona verilmiş alqısatqı qiyməti 7428,0 manat dəyərində olan İMEİ kodu **********04678 İphone SE, İMEİ Kodu **********69191 olan Samsung Galaxy S 21 markalı telefonlar, APPlE markalı komputer, İMEİ Kodu sdmpdv515q1gj olan İpadı 3 ay müddətinə, hər ay 2400,0 manat və xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 2822,2 manat dəyərində olan Canon markalı fotoaparat, yaddaş kartıu 3 ay müddətinə, hər ay 913,0 manat ödəmək şərti ilə almışdır. Cavabdeh cəmi 2951,2 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqlar dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqavilə üzrə 4800,0 manat əsas borca münasibətdə cavabdehdən 1440,3 manat cərimə pulunun, xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilə üzrə 2499,0 manat əsas borca münasibətdə cavabdehdən 821,7 manat cərimə pulunun, tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqavilə üzrə 200,0 manat, xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilə üzrə 100,0 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın 115,61 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən iddia verilən zaman ödənilmiş 115,61 manat dövlət rüsumunun 15,0 manat hissəsi iddiaçıya aid edilməli, 100,61 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli, 22421171 saylı müqavilə üzrə 4800,0 manat əsas borc, 200,0 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilə üzrə 2499,0 manat əsas borc, 100,0 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 100,61 manat olmaqla, ümumilikdə 7699,61 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 56-355, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndan xx.xx.2021-ci il tarixli, 22421171 saylı müqavilə üzrə 4800,0 manat əsas borc, 200,0 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23010160 saylı müqavilə üzrə 2499,0 manat əsas borc, 100,0 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 100,61 manat olmaqla, ümumilikdə 7699,61 (yeddi min altı yüz doxsan doqquz manat, altmış bir qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15,0 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2477/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2477/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver