Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2479/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********65665 iPhone 11 markalı telefon üçün 1787 manat ödənilməmiş hissə, 540 manat dəbbə borcu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********28789 iPhone 11 markalı telefon, X4, İmei Kodu **********37666 X5 9 markalı telefon üçün 2802 manat ödənilməmiş hissə, 885 manat dəbbə borcu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********62173 X5 9 markalı telefon üçün 348 manat ödənilməmiş hissə, 105 manat dəbbə borcu, ümumilikdə 6467 manat borc, 84.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********65665 iPhone 11 markalı telefon, İmei Kodu **********28789 iPhone 11 markalı telefon, X4, İmei Kodu **********37666 X5 9 markalı telefon, İmei Kodu **********62173 X5 9 markalı telefon almış və nəticədə 6467 (altı min dörd yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2895 olan, İmei Kodu **********65665 iPhone 11 markalı telefon üçün ümumilikdə 2327 manat olmaqla ondan, 1787 manat ödənilməmiş hissə, 540 manat dəbbə borcu ; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4442.4 manat olan İmei Kodu **********28789 iPhone 11 markalı telefon, X4, İmei Kodu **********37666 X5 9 markalı telefon üçün ümumilikdə, 3687 manat olmaqla ondan, 2802 manat ödənilməmiş hissə, 885 manat dəbbə borcu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 639 manat olan İmei Kodu **********62173 X5 9 markalı telefon üçün ümumilikdə, 453 manat olmaqla ondan, 348 manat ödənilməmiş hissə, 105 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3039.4 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanlara əsasən, İddiaçı MMC xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********65665 iPhone 11 markalı telefon üçün 2327 manat pul; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********28789 iPhone 11 markalı telefon, X4, İmei Kodu **********37666 X5 9 markalı telefon üçün 3687 manat məbləğində pul; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********62173 X5 9 markalı telefon üçün 453 manat məbləğində, ümumilikdə 6467 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 84.67 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdehiddia tələbini qəbul edərək, bildirmişdir ki, həqiqətən İddiaçı ilə müqavilə bağlamış, lakin maddi çətinliyi olduğundan borcu qaytara bilməmişdir. Dəbbə pulu ilə razı deyil, çünki çox yüksək miqdarda müəyyən edilib, belə olan halda iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin surətindən görünür ki, İddiaçı MMC, İmei Kodu **********65665 iPhone 11 markalı telefon, İmei Kodu **********28789 iPhone 11 markalı telefon, X4, İmei Kodu **********37666 X5 9 markalı telefon, İmei Kodu **********62173 X5 9 markalı telefonu alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərini hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqısatqı qiyməti 2895 olan, İmei Kodu **********65665 iPhone 11 markalı telefon 18 ay müddətinə, aylıq ödənişi 150 manat olmaqla, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4442.4 manat olan İmei Kodu **********28789 iPhone 11 markalı telefon, X4, İmei Kodu **********37666 X5 9 markalı telefon 18 ay müddətinə, aylıq ödənişi 246.8 manat olmaqla, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 639 manat olan İmei Kodu **********62173 X5 9 markalı telefon 18 ay müddətinə, aylıq ödənişi 35.5 manat olmaqla, alıcıya verilmişdir. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında ümumilikdə 6467 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, aidiyyəti üzrə Dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İşin araşdırılan hallarından və iş materiallarında olan 23 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun İddiaçı MMC–yə olan ödənilməmiş borcu 4937 manat, cərimə borcu 1530 manat təşkil edir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 4937 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1530 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 160 manat cərimə tutulmalıdır Beləliklə, işin müəyyən edilən hallarına əsasən alqı-satqı müqavilələrinə cavabdehin 4937 manat borcu qalmış, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4937 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 84.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 84.67 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh cəmi 4937 manat məbləğində borc, 160 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 84.67 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 133, 3158-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh cəmi 4937( dörd min doqquz yüz otuz yeddi) manat məbləğində borc, 160 ( bir yüz altmış) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 84.67 (səksən dörd manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2479/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2479/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver