Məhkəmə qərarları › İş №e-2(003)-2494/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2494/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2494/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdеh Cavabdeh 2360 manat məbləğində vurulmuş zərər və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ona qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ilə razılaşmadığını bildirmiş və işə iddia icraatında baxılmasını xahiş etmişdi. Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, “QAZ 33021” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində saat 19:25 radələrində Cavabdeh idarə etdiyi “QAZ 33021” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Albalılıq yolunda "xxxx" ASC tərəfindən sığortalanmış “Nissan Sunny” markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Nissan Sunny” markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobillə 2360 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğ "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbi qəbul edir. Yol nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə Buzovna qəsəbəsində, Albalılıq yolunda baş verib. “Nissan Sunny” markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxmış və onun “QAZ 33021” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilini vurmuşdu. Özü hadisə yerini tərk edib getmiş, sonra gələndə görüb ki, avtomobili yoxdur. Avtomobilini DYP cərimə meydançasına aparmışdı. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında “QAZ 33021” markalı, **-RE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair 12 ay müddətinə xx.xx.2022-ci tarixli icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 19:25 radələrində idarə etdiyi “QAZ 33021” minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla hadisə yerindən yayınmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Nissan Sunny” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2360 manat zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, “Nissan Sunny” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 2360 manat, sığorta ödənişinin məbləği 2360 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X1 2360 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 2360 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmədə müəyyən olundu ki, “QAZ 33021” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “QAZ 33021” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Albalılıq yolunda "xxxx" ASC tərəfindən sığortalanmış “Nissan Sunny” markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin hadisəni törətmiş Cavabdeh qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmış və cavabdеh Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2360 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair **********2 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 44 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2360 (iki min üç yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar