Məhkəmə qərarları › İş №e-2(003)-2496/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2496/2025

17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2496/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydiləri kitabında 692 nömrəliakt qeydi ilə qeyd edilmiş qeyddə və həmin qeyd əsasında verilmiş AZ-İİ-№ 108727 nömrəli Ölüm haqqında Şəhadətnaməsinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 852A saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 14/519 saylı Qərarına əsasən X2 verilmiş 04 №li Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Fond-16, siyahı-1, iş 3977, vərəq 1,11,65, 67-də saxlanılan sənədlərin və həmin sənədlər əsasında 07 noyabr 2023-cü il tarixli 3-48-2F-/2-Y-07944/2023 saylı müşaiyət məktubu ilə verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14/519 saylı Qərarından Çıxarışın eyni şəxsə mərhum X3 məxsus olması haqqında hüquqiəhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 133 saylı Bağ Tikinti Kooperativinin (BTK) tərkibində olan sahəsi 0,12 ha təşkil edən 852A saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989-cı il tarixli 14/519 saylı qərarına əsasən, mərhum atası X1 istifadəsinə ayrılmış, bu barədə 49 saylı Order verilmişdir. Atası xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının vəfatından sonra vərəsəliyin rəsmiləşdirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən Bakışəhəri 25 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciəti əsasında vərəsəlik işi açılmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair dair Arayışın verilməsi xahişi ilə 18 sentyabr 2023-cü il tarixli x/o 995/23 saylı məktub ünvanlanmılşdır. Bəhs edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək üçün ilk növbədə torpaq ayrılmasına dair qərarın arxiv arayışının alınması tələb edilir. Bunun üçün əvvəl ASAN Xidmət vasitəsilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ərizə ilə müraciət etdi. Ərizəyə cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 07 noyabr 2023-cü il tarixli 3-48-2F-Y-07944/2023 saylı müşaiyət məktubu ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14/519 saylı Qərarından Çıxarış verildi. Həmin sənədlə tanış olduqda məlum oldu ki, Qərarda torpaq sahəsinin ayrıldığı şəxs olaraq mərhum atamın adında texniki yalnışlığa yol verilmiş və “X7” əvəzinə “X9” göstərilmişdir. Bundan əlavə bağ sahəsinə dair mərhum atama verilmiş orderdə də texniki səhvə yol verilmiş, “X7” əvəzinə “X8” yazılmışdır. Beləliklə, hal-hazırda qanuni istifadələrinə ayrılmış bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin olduğu halda, sənədlərində getmiş texniki səhvə görə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması mümkünsüz olmuşdur. Bu səbəbdən Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyinin artıq fəaliyyət göstərmədiyini də nəzərə alaraq, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, indiki halda sənədlərin eyni şəxsə məxsus olmasının təsdiq edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Yaqubla evli olub, Fuad başqa qadından anadan olub, lakin onu o böyüdüb. Yaqubun atasının adı Tahir olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Fuad dayısı oğludur. Dayısı 2020-ci il tarixdə rəhmətə gedib. Dayısının atasının adı Tahir olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Fuad əmisi oğludur, Yaqub əmisi idi, onun ata adı Tahir idi. Yaqub neft sahəsində işləyirdi, bir neçə yerdə evi var. İş materiallarına əlavə olunmuş sənədlər Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydiyyatı kitabında xx.xx.2020-ci il tarixdə 692 saylı qeyd aparılmışdır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 133 nömrəli kooperativin 49 nömrəli orderinin sürətinndən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 133 saylı Bağ Tikinti Kooperativinin (BTK) tərkibində olan sahəsi 0,12 ha təşkil edən 852A saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989-cı il tarixli 14/519 saylı qərarına əsasən X1 istifadəsinə ayrılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989-cı il tarixli 14/519 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 133 saylı Bağ Tikinti Kooperativinin (BTK) tərkibində olan sahəsi 0,12 ha təşkil edən 852A saylı bağ sahəsi X1 istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notsriat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsəsi Bakı şəhəri, Nizami rayonu ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi (AZE15738363 FİN:xxxxxxx) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçının mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına ünvanında yerləşən ünvan 3indən ibarət daşınmaz əmlak daxildir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2020ci vəfat etmiş X1 vərəsələri Bakı şəhəri, Nizami rayonu ünvan 2 ünvanında yaşayan Ərizəçidur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X14 (X13, X15) oğlu iddiaçının atasıdır. Atası olan X14 (X13, X15) oğlunun adına Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydiləri kitabında 692 nömrəliakt qeydi ilə qeyd edilmiş qeyddə və həmin qeyd əsasında verilmiş AZ-İİ-№ 108727 nömrəli Ölüm haqqında Şəhadətnaməsinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 852A saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 14/519 saylı Qərarına əsasən X2 verilmiş 04 №li Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Fond-16, siyahı-1, iş 3977, vərəq 1,11,65, 67-də saxlanılan sənədlərin və həmin sənədlər əsasında 07 noyabr 2023-cü il tarixli 3-48-2F-/2-Y-07944/2023 saylı müşaiyət məktubu ilə verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14/519 saylı Qərarından Çıxarış tərtib olunmuşdur. Vərəsəlik işinin açılmasına dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notsriat Ofisinin məktubunda Ərizəçi (AZE15738363 FİN:xxxxxxx) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçının mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 mirası üzrə vərəsəlik işi açılmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin atasının ad, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız və ata adının olması Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydiləri kitabında 692 nömrəliakt qeydi ilə qeyd edilmiş qeyddə və həmin qeyd əsasında verilmiş AZ-İİ-№ 108727 nömrəli Ölüm haqqında Şəhadətnaməsinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 852A saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 14/519 saylı Qərarına əsasən X2 verilmiş 04 №li Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Fond-16, siyahı-1, iş 3977, vərəq 1,11,65, 67-də saxlanılan sənədlərin və həmin sənədlər əsasında 07 noyabr 2023-cü il tarixli 3-48-2F-/2-Y-07944/2023 saylı müşaiyət məktubu ilə verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14/519 saylı Qərarından Çıxarışınxx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydiləri kitabında 692 nömrəliakt qeydi ilə qeyd edilmiş qeyddə və həmin qeyd əsasında verilmiş AZ-İİ-№ 108727 nömrəli Ölüm haqqında Şəhadətnaməsinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 852A saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 14/519 saylı Qərarına əsasən X2 verilmiş 04 №li Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Fond-16, siyahı-1, iş 3977, vərəq 1,11,65, 67-də saxlanılan sənədlərin və həmin sənədlər əsasında 07 noyabr 2023-cü il tarixli 3-48-2F-/2-Y-07944/2023 saylı müşaiyət məktubu ilə verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14/519 saylı Qərarından Çıxarışın xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydiləri kitabında 692 nömrəliakt qeydi ilə qeyd edilmiş qeyddə və həmin qeyd əsasında verilmiş AZ-İİ-№ 108727 nömrəli Ölüm haqqında Şəhadətnaməsinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 852A saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 14/519 saylı Qərarına əsasən X2 verilmiş 04 №li Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Fond-16, siyahı-1, iş 3977, vərəq 1,11,65, 67-də saxlanılan sənədlərin və həmin sənədlər əsasında 07 noyabr 2023-cü il tarixli 3-48-2F-/2-Y-07944/2023 saylı müşaiyət məktubu ilə verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 14/519 saylı Qərarından Çıxarışın xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 (xx.xx.2020-ci il tarixdə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar