Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2529/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı xeyrinə RSK5685889 saylı müqavilə üzrə 819 manat əsas borc, 246 manat dəbbə pulu; RSK5722322 saylı müqavilə üzrə 1494 manat əsas borc, 448 manat dəbbə pulu; RSK5722684 saylı müqavilə üzrə 361 manat əsas borc, 108 manat dəbbə pulu; RSK5722778 saylı müqavilə üzrə 576 manat əsas borc, 173 manat dəbbə pulu və 63 manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4288 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 28 aprel 2019-cu il, 03 iyul 2019-cu il, 01 avqust 2019-cu il və 06 avqust 2019-cu il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 28 aprel 2019-cu il tarixli RSK5685889 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1193 manat olan 1 ədəd "Samsung Galxay A70" markalı telefon almış, ilkin ödəniş olaraq 101 manat ödəniş etmiş, nəticədə 1092 manat borc yaranmış. 03 iyul 2019-cu il tarixli RSK5722322 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1632 manat olan 1 ədəd "Beko" markalı paltaryuyan almış, ilkin ödəniş etməmiş, nəticədə 1632 manat borc yaranmış, 01 avqust 2019-cu il tarixli RSK5722684 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 397 manat olan 1 ədəd "Samsung Galaxy A10" markalı telefon almış, ilkin ödəniş olaraq l (bir) manat ödəniş etmiş, nəticədə 396 manat borc yaranmış və 06 avqust 2019-cu il tarixli RSK5722778 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 576 manat olan 1 ədəd "LG" markalı mini soba almış, ilkin ödəniş etməmiş, nəticədə 576 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 28 aprel 2019-cu il tarixli RSK5685889 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 91 manat ödəniş edilmiş, 03 iyul 2019-cu il tarixli RSK5722322 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 70 manat ödəniş edilmiş. 01 avqust 2019-cu il tarixli RSK5722684 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 35 manat ödəniş edilmiş və 06 avqust 2019-cu il tarixli RSK5722778 saylı müqavilə üzrə isə bu günə qədər heç bir ödəniş edilməmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti RSK5685889 saylı müqavilə üzrə ümumi 1193 manat olan 1 ədəd “Samsung Galxay A70” markalı telefon üçün ümumilikdə 819 (manat ödənilməmiş hissə, 246 manat dəbbə pulu, alqısatqı qiyməti RSK5722322 saylı müqavilə üzrə ümumi 1632 manat olan 1 ədəd “Beko” markalı paltaryuyan üçün ümumilikdə 1494 manat ödənilməmiş hissə, 448 manat dəbbə pulu yaranmış, alqı-satqı qiyməti RSK5722684 saylı müqavilə üzrə ümumi 397 manat olan 1 ədəd “Samsung Galaxy A10“ markalı telefon üçün ümumilikdə 361 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu və alqı-satqı qiyməti RSK5722778 saylı müqavilə üzrə ümumi 576 manat olan 1 ədəd “LG” markalı mini soba üçün ümumilikdə 576 manat ödənilməmiş hissə, 173 manat dəbbə pulu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya alıcının müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 28 aprel 2019-cu il tarixli RSK5685889 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1193 manat olan 1 ədəd "Samsung Galxay A70" markalı telefon almış, ilkin ödəniş olaraq 101 manat ödəniş etmiş, nəticədə 1092 manat borc yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 iyul 2019-cu il tarixli RSK5722322 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1632 manat olan 1 ədəd "Beko" markalı paltaryuyan almış, ilkin ödəniş etməmiş, nəticədə 1632 manat borc yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2019-cu il tarixli RSK5722684 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 397 manat olan 1 ədəd "Samsung Galaxy A10" markalı telefon almış, ilkin ödəniş olaraq l manat ödəniş etmiş, nəticədə 396 manat borc yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 avqust 2019-cu il tarixdə RSK5722778 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 576 manat olan 1 ədəd "LG" markalı mini soba almış, ilkin ödəniş etməmiş, nəticədə 576 manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki 28 aprel 2019-cu il tarixli RSK5685889 saylı, 03 iyul 2019-cu il tarixli RSK5722322 saylı, 01 avqust 2019-cu il tarixli RSK5722684 saylı və 06 avqust 2019-cu il tarixdə RSK5722778 saylı nisiyə alqı-satqı müqaviləsinə əsaəsn borclu Cavabdeh ondan ötrü ki, onun həmin müqavilələr üzrə xx.xx.2022-ci il taridə olan qalıq borcu müvafiq olaraq 819 manat əsas, 246 manat dəbbə pulu, 1494 manat əsas, 448 manat dəbbə pulu, 361 manat əsas, 108 manat dəbbə pulu, 576 manat əsas, 173 manat dəbbə pulu borcu mövcuddur. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 63,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş RSK5685889 saylı müqavilə üzrə 819 manat əsas borc; RSK5722322 saylı müqavilə üzrə 1494 manat əsas borc; RSK5722684 saylı müqavilə üzrə 361 manat əsas borc; RSK5722778 saylı müqavilə üzrə 576 manat əsas borc məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, RSK5685889 saylı müqavilə üzrə 819 manat əsas borca münasibətdə 246 manat dəbbə pulu; RSK5722322 saylı müqavilə üzrə 1494 manat əsas borca münasibətdə 448 manat dəbbə pulu; RSK5722684 saylı müqavilə üzrə 361 manat əsas borca münasibətdə 108 manat dəbbə pulu; RSK5722778 saylı müqavilə üzrə 576 manat əsas borca münasibətdə 173 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə RSK5685889 saylı müqavilə üzrə 81,0 manat, RSK5722322 saylı müqavilə üzrə 15,0 manat, RSK5722684 saylı müqavilə üzrə 36,0 manat və RSK5722778 saylı müqavilə üzrə 57,0 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 63,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Şirin Novruz oğlunun xeyrinə RSK5685889 saylı müqavilə üzrə 819 manat əsas borc 81,0 manat dəbbə pulu; RSK5722322 saylı müqavilə üzrə 1494 manat əsas borc, 15,0 manat dəbbə pulu, RSK5722684 saylı müqavilə üzrə 361 manat əsas borc, 36,0 manat dəbbə pulu, RSK5722778 saylı müqavilə üzrə 576 manat əsas borc, 57,0 manat dəbbə pulu və 63 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3502 manat pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 56-355, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. RSK5685889 saylı müqavilə üzrə 819 manat əsas borc 81,0 manat dəbbə pulu; RSK5722322 saylı müqavilə üzrə 1494 manat əsas borc, 15,0 manat dəbbə pulu, RSK5722684 saylı müqavilə üzrə 361 manat əsas borc, 36,0 manat dəbbə pulu, RSK5722778 saylı müqavilə üzrə 576 manat əsas borc, 57,0 manat dəbbə pulu və 63 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3502 (üç min beş yüz iki) manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2529/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2529/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver