Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2565/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24779,94 manat məbləğində sığorta ödənişi, 164,34 manat dövlət rüsumu və 0,4 (qırx) manat xidmət haqqının, cəmi 24944,68 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin ARdaki Filialı arasında bağlanmış 04 aprel 2020-ci il tarixli AS 182/20_7 nömrəli sığorta müqaviləsinə əsasən cəmiyyət tərəfindən sığortalanmış “Mitsubishi L200” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2020-ci il tarixdə Bakı Qazax yolunun 157-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Maz 54331 yük” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 29750 (iyirmi doqquz min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Maz 54331 yük” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 124330 nömrəli xx.xx.2020-ci il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərər məbləği 29850 (iyirmi doqquz min səkkiz yüz əlli) manat müəyyən edilmişdir. Dəymiş zərər məbləğindən şərtsiz azad olma 100 (bir yüz) manat çıxılaraq, zərər məbləği 29 750 (iyirmi doqquz min yeddi yüz əlli manat) təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Maz 54331 yük” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4970,06 manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 404/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, **-PL-*** dövlət nişanlı avotəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 24779,94 (iyirmi dörd min yeddi yüz yetmiş doqquz manat 94 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyi və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan A-176/20 saylı sığorta aktının surətindən görünür ki, “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalının sığortalanmış “Mitsubishi L200” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 29750 manat müəyyən edilmiş, həmin məbləğ "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalına ödənilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətində görünür ki, “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalı ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli sevis aktının surətindən görünür ki, “Mitsubishi L200” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 29850 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi L200” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobilin sahibi “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalıdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Maz 54331 yük” markalı **-TZ-*** qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan ƏN-Vİ seriyalı, 914120 nömrəli etibarnamənin surətindən görünür ki, X2 “Maz 54331 yük” markalı **-TZ-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi 1 il müddətinə, xx.xx.2020-ci il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli invoysun surətindən görünür ki, A- Qroup” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına Azərtürk Bank ASC vasitəsilə xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən 29850 manat sığorta ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoloun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 10 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5785 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mitshubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 28014,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 24064,00 manat, təmir-bərpa işlərinin qiyməti - 3950,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 27051,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 23101,0 manat, təmir-bərpa işlərinin qiyməti - 3950,00 manat. Cədvəldə qiyməti qeyd olunmayan 01 ədəd ehtiyat hissəsinin adı aydın olmadığından tədqiqat aparmaq mümkün olmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi xx.xx.2020-ci il tarixdə Bakı Qazax yolunun 157-ci kmdə Cavabdeh tərəfindən idarə olunan “Maz 54331 yük” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi sübut olunur. Bununla da sığortalanmış xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Maz 54331 yük” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə keçdiyindən, bununla da "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nə ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 29850,0 manat məbləğində deyil, 27051,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 27051,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə olan halda məhkəmə ekspert rəyi ilə razışaraq, rəydən göstərilənlərin işin faktiki hallarına uyğun gəlir. Avtomobilə ümumilikdə dəymiş zərərin məbləği 27051,0 manat müəyyən edilməli, həmin məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 100,0 manat şərtsiz azadolma (franşiza) məbləği və avtonəqliyya vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığrtası növü üzrə ödənilmiş 4970,06 manat çıxıldıqda sığorta ödənişi 21980,94 manat məbləğində (27051,00-4970,06-100=21 980,94 manat) təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh 21980,94 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddia qismən təmin edilməli olduğundan, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, 156,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 8,35 manat dövlət rüsumu hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 6,0 manatı iddiaçıdan, 44,0 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. .Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 21980,94 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 156,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22136,94 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaitinin 44,0 manatı Cavabdeh, 6 manatı isə iddiaçı "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) Dövlət rüsumunun 8,35 manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-2565/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2565/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver