Məhkəmə qərarları › İş №e-2(003)-2635/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2635/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2635/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542,9 manat əsas borc, 81,4 manat cərimə olmaqla, cəmi 624,3 manat borc, xx.xx.2024cü il tarixli müqavilə üzrə 32,6 manat əsas borc, 4,8 manat cərimə olmaqla, cəmi 37,4 manat borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 379,4 manat əsas borc, 56,9 manat cərimə olmaqla, cəmi 436,3 manat borc, ümumilikdə üç müqavilə üzrə 954,9 manat əsas borc, 143,1 manat cərimə olmaqla, cəmi 1098 manat borc və 30,98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “HP” markalı noutbuka görə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla cəmi 757,9 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Honor” markalı mobil telefona və saata görə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 41 manat olmaqla cəmi 484,1 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Honor” markalı mobil telefona görə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 402,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq borcu qaytarmamışdır. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 757,9 manat dəyərində “HP” markalı noutbuk nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43 manat, sonuncu ay isə 26,97 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 484,1 manat dəyərində “Honor” markalı mobil telefon və saat nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 41 manat, sonuncu ay isə 33,18 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 402,4 manat dəyərində “Honor” markalı mobil telefon nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdehnun İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542,9 manat əsas borc, 81,4 manat cərimə olmaqla, cəmi 624,3 borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 32,6 manat əsas borc, 4,8 manat cərimə olmaqla, cəmi 37,4 borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 379,4 manat əsas borc, 56,9 manat cərimə olmaqla, cəmi 436,3 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 484,1 manat dəyərində “Honor” markalı mobil telefon və saat nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 41 manat, sonuncu ay isə 33,18 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 757,9 manat dəyərində “HP” markalı noutbuk nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43 manat, sonuncu ay isə 26,97 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 402,4 manat dəyərində “Honor” markalı mobil telefon nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmiş və onun 3 müqavilə üzrə ümumilikdə 954,9 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən bu müqavilər müqavilə üzrə 954,9 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə cərimə ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cərimə tutulmalıdır. Lakin hazırda 954,9 manat məbləğində əsas borca görə cavabdehdən 143,1 manat məbləğində cərimənin tələb edilməsini məhkəmə tənasübsüz surətdə yüksək hesab edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 95 manat məbləğində cərimə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,98 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30,98 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 954,9 manat əsas borc, 95 manat cərimə olmaqla, cəmi 1049,90 manat (min qırx doqquz manat doxsan qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,98 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar