Məhkəmə qərarları › İş №e-2(003)-2662/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2662/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2662/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün) 4601.34 manat ödənilməmiş hissə, 648.66 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün) 1444.3 manat ödənilməmiş hissə, 232,7 manat dəbbə, xx.xx.2022-cü il tarxli müqaviləyə asasən (X4qlıq, Zmi Powerbank üçün) 108.8 manat ödənilməmiş hissə, 33.2 manat dəbbə borcu olmaqla ümumilikdə 7069 manat borc, 90.69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC-Telecom” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən - İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon, X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger, X4qlıq və Zmi Powerbank almış və müqavilə şərtlərini pozaraq nəticədə 7069 manat borcu yaranmışdır. Belə ki, cavabdehin cəmi ödənişi 469.2 manat təşkil etmişdir. Cavabdehlə bağlanmış göstərilən müqavilələrin ayrılmaz tərkib hissəsi olan “əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər - tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, bağlanmış müqavilələrə əsasən cavabdehin əldə etdiyi əşyalara görə ilkin ödəniş edilməmişdir. Eyni zamanda cavabdeh müqavilələrin şərtlərini pozaraq ödəniş cədvəlinə uyğun ödənişləri həyata keçirməmişdir. Cavabdeh əldə etdiyi əşyalara görə isə cəmi 469.2 manat ödəniş etmişdir. Nəticədə cavabdehin 7069 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon, X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger, X4qlıq və Zmi Powerbank almışdır. Tərəflər arasında bağlanmış müqavilələrə əlavə edilmiş “əşyaların təhvil-təslim akt”larından görünür ki, cavabdeh adıçəkilən əşyaları qüsursuz halda təhvil almışdır. Göstərilənlər müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavələrdə görünür ki, tərəflə müqavilələr üzrə aylıq ödənişlərin məbləği müəyyən edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 4874,9 manat olan İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün cavabdehin ödənilməmiş əsas məbləğ 4601,34 manat, dəbbə pulu 648,66 manat; alqı-satqı qiyməti 1550,7 manat olan - X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün cavabdehin ödənilməmiş əsas borcu 1444,3 manat, dəbbə pulu 232,7 manat; alqı-satqı qiyməti 198 manat olan - X4qlıq və Zmi Powerbank üçün isə cavabdehin ödənilməmiş əsas borcu 108,8 manat, dəbbə pulu 33.2 manat olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq ünvanlanaraq öhdəliklərin icra edilməsi əks halda aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ümumilikdə 91.09 (doxsan bir manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı “elektronika avadanlıqları” müqabilində verməli olduğu pul vəsaitini müqavilələrlə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda cavabdehdən tutulmalı olan vəsaitin məbləğinə münasibətdə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, alqı-satqı qiyməti 4874,9 manat olan İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün cavabdehin ödənilməmiş əsas məbləğ 4601,34 manat, dəbbə pulu 648,66 manat; alqı-satqı qiyməti 1550,7 manat olan - X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün cavabdehin ödənilməmiş əsas borcu 1444,3 manat, dəbbə pulu 232,7 manat; alqı-satqı qiyməti 198 manar olan - X4qlıq və Zmi Powerbank üçün isə cavabdehin ödənilməmiş əsas borcu 108,8 manat, dəbbə pulu 33.2 manat olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə (sms bildiriş eləcə də məhkəməyə məlum olan qeydiyyat ünvanına) baxmayaraq, iddia tələbinə etirazını təqdim etməmiş, həmçinin borcun məbləğini mübahisələndirməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə işin digər halları arasında ziddiyyət olmamaqla həmin maliyyə arayışını şübhə altına alan hal müəyyən edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğ müqavilə üzrə ödənilməmiş olan - İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün 4601,34 manat, X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün 1444,3 manat, X4qlıq və Zmi Powerbank üçün isə 108,8 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin – cavabdehdən tutulmalı olan dəbbə borcunun məbləğində münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Bununla belə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmənin qənaətinə görə cavabdehdən tutulmalı olan əsas borca münasibətdə hesablanmış dəbbə borcu əsas borca mütənasib olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün) – 300 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün) 50 manat, xx.xx.2022-cü il tarixli müqaviləyə asasən (X4qlıq, Zmi Powerbank üçün) 10 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün) 4601.34 manat ödənilməmiş hissə, 300 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün) 1444.3 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2022-cü il tarxli müqaviləyə asasən (X4qlıq, Zmi Powerbank üçün) 108.8 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu olmaqla ümumilikdə 6514,44 manat Cavabdeh alınaraq "ABC- Telecom” MMC-yə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 91.09 manat dövlət rüsumun 70 manat hissəsi cavabdehdən iddiaçı "ABC-Telecom” MMC-nin xeyrinə tutulmalı, qalan 21.09 manat isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (İmei kod **********98779 Samsung Galaxy tab A7lite markalı planşet, Samsung Charger+Cable, X2qlıq, İmei kod **********95194 Samsung Galaxy S23 Ultra markalı telefon üçün) 4601.34 (dörd min altı yüz bir manat, otuz dörd qəpik) manat əsas borc, 300 (üç yüz) manat dəbbə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən (X8 Pro qol saatı, İmei kod **********72822 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün) 1444.3 (min dörd yüz qırx dörd manat, otuz qəpik) manat əsas borc, 50 (əlli) manat dəbbə, xx.xx.2022-cü il tarxli müqaviləyə asasən (X4qlıq, Zmi Powerbank üçün) 108.8 (yüz səkkiz manat, səkkiz qəpik) manat əsas borc, 10 (on) manat dəbbə borcu olmaqla, ümumilikdə 6514,44 (altı min beş yüz on dörd manat, qırx dörd qəpik) manat məbləində pul vəsaiti Cavabdeh alınaraq "ABC- Telecom” MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 91.09 (doxsan bir manat doqquz qəpik) manat dövlət rüsumun 70 (yetmiş) manat hissəsi Cavabdeh iddiaçı "ABC-Telecom” MMC-nin xeyrinə tutulsun, qalan 21.09 (iyirmi bir manat, doqquz qəpik) manat iddiaçı "ABC-Telecom” MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar