Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2739/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X4, Stul Venetsiya üçün 420.3 (dörd yüz iyirmi, otuz qəp) manat ödənilməmiş hissə, 42.7 (qırx iki, yetmiş qəp) manat cərimə, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, Polo Dehliz dolab, Stul Venetsiya üçün 672.6 (yüz otuz iki yüz yetmiş iki, altmış qəp) manat ödənilməmiş hissə, 67.4 (altmış yeddi, qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə ,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X5 üçün 1323 (min üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat cərimə ,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Realme Qulaqlıq, BEURER Tonometrüçün 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paket Lüçün 121 (yüz iyirmi bir) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə ümumilikdə, 3347 manat borc, 53.47 manat dövlət rüsumu alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə l2ə4.09.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X4, Stul Venetsiya, Dehliz dolab, Polo Dehliz dolab, Stul Venetsiya, X6, X5, Realme Qulaqlıq, BEURER Tonometr, Paket Ləldə etmiş və nəticədə 3347 (üç min üç yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1171.2 (min yüz yetmiş bir, iyirmi qəp) manat (24 ay 48.8 manat + 0) manat ilkin ödəniş X4, Stul Venetsiya, Dehliz dolabüçün ümumilikdə, 463 (dörd yüz altmış üç) manat olmaqla ondan, 420.3 (dörd yüz iyirmi, otuz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.7 (qırx iki, yetmiş qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 801.6 (səkkiz yüz bir, altmış qəp) manat (24 ay x 33.4 manat + 0 manat ilkin ödəniş) Polo Dehliz dolab, Stul Venetsiyaüçün ümumilikdə, 740 (yeddi yüz qırx) manat olmaqla ondan, 672.6 (yüz otuz iki yüz yetmiş iki, altmış qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 67.4 (altmış yeddi, qırx qəp) manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 501.6 (beş yüz bir, altmış qəp) manat (24 ay x 20.9 manat + 0 manat ilkin ödəniş) X3 ümumilikdə, 418 (dörd yüz on səkkiz) manat olmaqla ondan, 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1449 (min dörd yüz qırx doqquz) manat (23 ay x 63 manat + 0 manat ilkin ödəniş) X2 ümumilikdə, 1455 (min dörd yüz əlli beş) manat olmaqla ondan, 1323 (min üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 132 (yüz otuz iki) manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 217.2 (iki yüz on yeddi, iyirmi qəp) manat (12 ay x 18.1 manat + 0 manat ilkin ödəniş) Realme Qulaqlıq, BEURER Tonometrüçün ümumilikdə, 138 (yüz otuz səkkiz) manat olmaqla ondan, 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 132 (yüz otuz iki) manat (12 ay x 11 manat + 0 manat ilkin ödəniş) Paket L üçün ümumilikdə, 133 (yüz otuz üç) manat olmaqla ondan, 121 (yüz iyirmi bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Polo Dehliz dolabdan xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 549.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 201.3 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 549.6 manat, ümumilikdə, 750.9 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 478.8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1171.2 manat olanX4, Stul Venetsiya, Dehliz dolab Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 48 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 801.6 manat olan Polo Dehliz dolab, Stul Venetsiya Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 33.4 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 501.6 manat olan X6 Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 20,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1449 manat olan X5 Cavabdeh nisyə satılmış və cavabdeh 23 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 217.2 manat olan Realme Qulaqlıq, BEURER Tonomet Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 18.1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 132 manat olan Paket L Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 420.3 (dörd yüz iyirmi, otuz qəp) manat ödənilməmiş hissə, 42.7 (qırx iki, yetmiş qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 672.6 (yüz otuz iki yüz yetmiş iki, altmış qəp) manat ödənilməmiş hissə, 67.4 (altmış yeddi, qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1323 (min üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 132 (yüz otuz iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 121 (yüz iyirmi bir) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə əsas borca münasibətdə göstərilən məbləğdə dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 13 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 1 manat cərimə pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 40 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 13,47 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 420.3 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 672.6 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 380 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1323 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 126 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 121 (manat ödənilməmiş hissə, 1 manat cərimə və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 53,47 manat məbləğində dövlət rüsumunun qalan 13,47 manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 420.3 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 672.6 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 380 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1323 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 126 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 121 manat ödənilməmiş hissə, 1 manat cərimə və 40 manat olmaqla, cəmi 3110,9 (üç min bir yüz on manat, doxsan qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 53,47 manat məbləğində dövlət rüsumunun qalan 13,47 manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2739/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2739/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver