Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2772/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Sony” markalı maşın aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 348,70 manat, xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 1199,90 manat və xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı scooter-ə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 68 manat olmaqla cəmi 1218,90 manat ödəməyi öhdəsinə götürmüş, lakin müqavilələrin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 188,70 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 998,90 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 1135,90 manat əsas borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 566 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 2996 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 3407 manat təşkil edir. Lakin iddiaçı tərəfindən cərimə məbləğlərinə güzəşt tətbiq edilmişdir. Ona görə də, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borca görə 188,7 manat, cəriməyə görə 56,6 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən yaranmış əsas borca görə 998,9 manat, cəriməyə görə 299,6 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən yaranmış əsas borca görə 1135,9 manat, cəriməyə görə 340,7 manat borcun və dövlət rüsumuna görə 50,20 manatın İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı “X5” markalı avtomobil aksesuarını müəyyən müddətə nisyə satmaqla alıcıya verməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.1-ci maddəsinə görə alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda satıcı müqavilənin vaxtından əvvəl ləğv edilməsini və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı aldığı “X5” markalı avtomobil aksesuarına görə müqavilə üzrə ödənişləri xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 30 manat, xx.xx.2023-cü il tarixdə isə 18,79 manat ödənişi 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı “Samsung” markalı televizoru müəyyən müddətə nisyə satmaqla alıcıya verməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.1-ci maddəsinə görə alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda satıcı müqavilənin vaxtından əvvəl ləğv edilməsini və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı aldığı “Samsung” markalı televizora görə müqavilə üzrə ödənişləri xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində hər ay 67 manat, xx.xx.2024-cü il tarixdə isə 60,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı “X6 Electric Scooter 3” markalı skuteri müəyyən müddətə nisyə satmaqla alıcıya verməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.1-ci maddəsinə görə alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda satıcı müqavilənin vaxtından əvvəl ləğv edilməsini və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı aldığı “X6 Electric Scooter 3” markalı skuterə görə müqavilə üzrə ödənişləri xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində hər ay 68 manat, xx.xx.2024-cü il tarixdə isə 62,99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 188,7 manat, cəriməyə görə 566 manat olmaqla cəmi 754,70 manat borcu vardır. Alıcı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat olmaqla indiyədək cəmi 160 manat ödəniş etmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 998,9 manat, cəriməyə görə 2996 manat olmaqla cəmi 3994,90 manat borcu vardır. Alıcı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 67 manat olmaqla cəmi 201 manat məbləğdə ödəniş etmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 1135,9 manat, cəriməyə görə 3407 manat olmaqla cəmi 4542,90 manat borcu vardır. Alıcı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 83 manat olmaqla cəmi 83 manat məbləğdə ödəniş etmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya hər üç müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 188,7 manat, cəriməyə görə 56,6 manat, xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 998,9 manat, cəriməyə görə 299,6 manat və xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 1135,9 manat, cəriməyə görə 340,7 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 20 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 50 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 70 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 188,7 manat, cəriməyə görə 20 manat, xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 998,9 manat, cəriməyə görə 50 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən əsas borca görə 1135,9 manat, cəriməyə görə 70 manat və dövlət rüsumuna görə 50,2 manat olmaqla, cəmi 2513,7 (iki min beş yüz on üç manat, yetmiş qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2772/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2772/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver