Məhkəmə qərarları › İş №e-2(003)-2790/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2790/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2790/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, iddiaçı X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 949 manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas borc 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə X5 arasında müddəti 12 ay olmaqla xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1049 manat olan kondisioner əldə etmiş və 100 manat ilkin ödəniş etmiş, qalıq məbləği 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh ilə X5 arasında müddəti 12 ay olmaqla xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 699 manat olan kondisioner əldə etmiş və 50 manat ilkin ödəniş etmiş, qalıq məbləği 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və müqavilə şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq müqavilələr üzrə ödəməli olan borcu ödəməkdən yayınırlar. Cavabdehlərin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 949 manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas borcu qalmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X1 1049 manat məbləğində kondisioner əldə etmiş və 100 manat ilkin ödəniş etmiş, qalan məbləği 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X1 699 manat məbləğində kondisioner əldə etmiş və 50 manat ilkin ödəniş etmiş, qalan məbləği 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 949 manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən 1049 manat dəyərində kondisioner almış və 100 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətində hissə-hissə qaytarması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Daha sonra Cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 699 manat dəyərində kondisioner almış və 50 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətində hissə-hissə qaytarması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş və onun iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 949 manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas borcu qalmışdır. Eyni zamanda hazırki ərizə cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 949 manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas borc cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə olunmuş **********84 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 36 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı X3 xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 949 (doqquz yüz qırx doqquz manat) manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 (altı yüz qırx doqquz manat) manat əsas borc və ödənilmiş dövlət rüsumuna 36 (otuz altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar