Məhkəmə qərarları › İş №e-2(003)-28/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-28/2025

04.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-28/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh Əliyar oğluna qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat- Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın və yaşayış evinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh Əliyar oğluna qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat- Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın və yaşayış evinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh - Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin 15.7-ci km-də ünvan 1 ünvanından keçən hissəsində, 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “2.5” metr məsafədə qanunsuz olaraq daş hasar və yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli MV-01/1256 saylı məktubla Xəzər Rayon İcra Hakimiyyətinin başçısına, xx.xx.2022-ci il tarixli MV-01/1254 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2022-ci il tarixli MV-01/1255 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 dekabr 2022-ci il tarixli **********96 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tədbirin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir. (məktubun surəti iddia ərizəsinə əlavə olunur)Xəzər Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli MV-01/1256 saylı məktubumuza xx.xx.2022-ci il tarixli 2205 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiya üzvləri tərəfindən Buzovna qəsəbəsi ərazisində qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda aparılan tikinti işləri tərəfimizdən dayandırılmış, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla vətəndaşa xəbərdarlıq olunmuş və akt tərtib olunaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. (məktubun surəti iddia ərizəsinə əlavə olunur) Lakin, nəzərə çatdırılmışdır ki, tikinti işləri dayandırılmayaraq tam başa çatdırılmışdır. (fotoşəkil əlavə olunur).xx.xx.2022-ci il tarixində ünvan 3 ünvanında 530 mm diametrli «Zabrat- Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., Cavabdeh tərəfindən, qaz kəmərindən 2.5 metr məsafədə daş hasar və yaşayış evi inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur).ünvan 1 ünvanında, 39 T 0424130; ******* koordinatı qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar və yaşayış evi inşa edən Cavabdeh onun tərəfindən inşa edilən daş hasar və yaşayış evinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də o xəbərdarlıq məktubunu qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti- quraşdırma işlərinin aparılması qəti qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.Həmin Qaydaların 2.11-ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarınnyazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ islərin görülməsinə yol verilmir.Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş üzrə cavabdeh arasında mövcud olmamışdır.Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar.Bu sahədə digər bir normativ-hüquqi aktın; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti isləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsində təsbit olunub ki, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları, özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə, cavabdehin mühafizə zonasında torpaq sahəsinin özününküləşdirilməsinə dair bağladığı hər hansı əqd (olduğu təqdirdə) həmin Məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır. Eləcə də, həmin Məcəllənin 110-cu maddəsinə əsasən, cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır.Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər.Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bundan əlavə bildirilmişdir ki, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına tərəfimizdən müvafiq yazışmalar edilmişdir (bu barədə ətraflı iddia ərizəsinin 1-ci vərəqəsində; məktublar isə qoşma sənədlərə əlavə edilmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar aşkar olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti- quraşdırma işlərinin aparılması qəti qadağandır. Keçirilmiş ekspertiza nəticəsində alınmış rəyə əsasən həmin tikililər neft kəmərinin mühafizə zonasında tikildiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 dekabr 2022-ci il tarixli **********96 saylı məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tədbirin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli MV- 01/1256 saylı məktubunda xx.xx.2022-ci il tarixli 2205 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiya üzvləri tərəfindən Buzovna qəsəbəsi ərazisində qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda aparılan tikinti işləri tərəflərindən dayandırılmış, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla vətəndaşa xəbərdarlıq olunmuş və akt tərtib olunaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. (məktubun surəti iddia ərizəsinə əlavə olunur) Lakin, nəzərə çatdırılmışdır ki, tikinti işləri dayandırılmayaraq tam başa çatdırılmışdır. (fotoşəkil əlavə olunur). İş materiallarında olan Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci tarixində, ünvan 4 ünvanında Zabrat-Buzovna-türkan yerüstü magistral qaz kəmərinin mühafizəsi zonasında təxminən 2.5 metr məsafə yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh Əliyar oğlu tərəfindən daş hasar yaşayış yeri inşa edilmişdir. Təxminən 4 metr uzunluğunda və 2.4 metr hündürlüyündə hörgü işlərinin aparıldığı aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək, həmin işlərin dayandırılması tələb edilməklə aparılmaması barədə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/713/2025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Məmmədli Tamerlanın mütəxəssis rəyində qeyd edilir ki, göstərilən ərazinin şimal tərəfindən 2.9-2.8 metr məsafadə 500.0 mm-lik qaz xətti keçir. Həmin xətt ətrafı yaşayış evləri var. Göstərilən torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur (hazırda yaşayış var). Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə qaz xəttinin mühafizə zolağında yerləşir.Həmçinin sahə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən ayrılan ərazilərdir. Sahəyə dair sənəd təqdim edilmədiyindən əlavə qeyd aparmaq mümkün olmadı. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-8-5/2- ********* saylı məktubunda qeyd edilmişdir ki, Avropa Məhkəməsi milli qanunvericiliyə əsasən “özbaşına tikili olması baxımından neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsinə dair qərarın qəbulunda İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Əliyar oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinə məxsus qaz kəmərinin mühafizə zonasına daxil olmuşdur. Bundan başqa cavabdeh tikililəri inşa etdiyi məhz həmin torpaq sahəsinin ona ayrılması və həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında özbaşına tikililər inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və buna görə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci km- də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 0424130; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş yaşayış yerinin və daş hasarın Cavabdeh hesabına sökülərək Cavabdeh mühafizə ərazisindən çıxarılsın. Cavabdeh dövlət rüsumuna görə 100 manat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar