Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2892/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1180 manat pul vəsaitinin və 31,80 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli PAZ********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə “AZSİĞORTA" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “CHANGAN ALSVİN” minik markalı 90PK167 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Abşeron rayonu ərazisində 99PL530 dövlət qeydiyyat nişanlı “Ravon” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Abşeron rayonu DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci, 326.4-ci və 332.4-cü maddələri ilə xx.xx.2021ci il tarixli protokol yazılmışdır. “Ravon” markalı, 99PL530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1180 manat ödənişi verilmişdir. İcbari sığortalar haqqında“ AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. İddiaçının nümayəndəsi Şəfahət Xudiyev ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Changan Alsvin” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASCdə sığrtalanmışdır. Sığorta məbləği- əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatdır. Müqavilənin müddəti xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədəkdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Changan Alsvin” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş, sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə zamanı "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan İXP seriyalı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Changan Alsvin” minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə Masazır kəndi Qurtuluş 93, İstiqlaliyyət küçəsində ara məsafəsi qaydasını pozaraq “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, sürücü hadisə yerindən yayınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sürücünün sürücülük vəsiqəsini təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh Abşeron RPİ DYPŞ-nə ünvanlanmış izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində dostuna məxsus məxsus “Changan” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qurtuluş 93 yaşayış massivində hərəkətdə olan zaman qarşısında olan “Ravon” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toquşmuşdur. Dostu ona avtomobili verərkən sürücülük vəsiqəsinin olmadığını bilməmişdir. Hadisə zamanı bədən xəsarəti almamış və sürücülük vəsiqəsi olmadığı üçün hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan dəymiş zərərin hesabatından görünür ki, “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1180 manat təşkil edir. İş materiallarında olan AD seriyalı 862466 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan CML-2204/2021-Akt2544/21 saylı sığorta aktının surətindən görünür ki, 1180 manat məbləğində pul “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan "xxxx" MMC-yə ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh sürücülük vəsiqəsi olmadan “Changan Alsvin” minik markalı ** PK *** dövlət qeydiyyat avtomobili idarə edərək onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmçinin o, hadisə yerindən yayınmışdır. İddiaçı sığorta şirkəti tərəfindən avtomobilə dəymiş 1180 manat ziyan məbləği həmin avtomobilin sahibinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan avtomobil, sürücülük vəsiqəsi olmadan və hadisə yerindən yayınmış Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə digər avtomobilə zərər vurmuşdur. Bu baxımdan Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 1180 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddia tələbinin ödənilmiş 31,80 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1180 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 31,80 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2892/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2892/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver