Məhkəmə qərarları › İş №e-2(003)-2897/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2897/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2897/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3040 manat ödənilməmiş hissə, 798 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 254,8 manat ödənilməmiş hissə, 78,2 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 912,3 manat ödənilməmiş hissə, 273,7 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3230 manat ödənilməmiş hissə, 741 manat dəbbə, ümumilikdə 9328 manat borc, 113,28 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən 2 ədəd “MSİ” markalı noutbuk, “LG Led” markalı televizor, “Panasonic” markalı ətçəkən, “Samsung” markalı tozsoran almış və cəmi 2170,7 manat ödəniş etmişdir. Lakin müqavilələr üzrə üzərinə deşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ümumilikdə 9328 manat borc yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, onunla iddiaçı arasında iddia ərizəsində qeyd olunan müqavilələr bağlanılmışdır. Həmin müqavilələr əsasında iddiaçıdan aldığı əşyaları qohumuna vermişdir. Belə ki, qohum olan şəxs ondan müqavilələrdə qeyd olunan əşyaların nisyə götürməsini xahiş etmiş və pulunun özü ödəyəcəyini bildirmişdir. Ona görə də o, iddiaçı ilə müvafiq müqavilər əsasında həmin əşyaları götürmüşdür. Daha sonra həmin şəxs onunla əlaqəsini kəsmiş və ödənişlər etməmişdir. Ona görə də bir müddət ödənişləri özü etmiş, sonralar isə imkanı pis olduğundan ödəniş edə bilməmişdir. Hazırda ondan tələb olunan əsas borcları qəbul edir və həmin borcların olmasına etiraz etmir. Lakin müqavilələr üzrə ondan tələb olunan cərimələrin silinməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22385776 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3420 manat olan “MSİ” markalı noutbuk Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 190 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20375504 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1180,8 manat olan “LG Led” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 65,6 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22144856 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1566 manat olan “Panasonic” markalı ətçəkən və “Samsung” markalı tozsoran Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 130,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23017052 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3441 manat olan “MSİ” markalı noutbuk Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 190 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 22385776 saylı müqavilə üzrə 3040 manat ödənilməmiş hissə, 798 manat dəbbə, xx.xx.2020-ci il tarixli 20375504 saylı müqavilə üzrə 254,8 manat ödənilməmiş hissə, 78,2 manat dəbbə, xx.xx.2020-ci il tarixli 22144856 saylı müqavilə üzrə 912,3 manat ödənilməmiş hissə, 273,7 manat dəbbə, xx.xx.2021-ci il tarixli 23017052 saylı müqavilə üzrə 3230 manat ödənilməmiş hissə, 741 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu iddiaçının müəyyən mallar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdehdə ondan tələb olunan əsas borcları qəbul etməklə həmin borclara qarşı etirazının olmadığını bilirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən 3040 manat, 254,8 manat, 912,3 manat və 3230 manat məbləğlərində ödənilməmiş borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3040 manat məbləğində əsas borca 798 manat dəbbə (cərimə), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 254,8 manat məbləğində əsas borca münasibətdə 78,2 manat dəbbə (cərimə), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 912,3 manat məbləğində əsas borca münasibətdə 273,7 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3230 manat məbləğində əsas borca münasibətdə 741 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 22385776 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3040 manat əsas, 100 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli 20375504 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 254,8 manat əsas, 20 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli 22144856 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 912,3 manat əsas, 40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli 23017052 saylı saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3230 manat əsas, 100 manat dəbbə pulu olmaqla cəmi 7697,1 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 93,50 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 19,78 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22385776 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3040 manat əsas, 100 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli 20375504 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 254,8 manat əsas, 20 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli 22144856 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 912,3 manat əsas, 40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli 23017052 saylı saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3230 manat əsas, 100 manat dəbbə pulu olmaqla cəmi 7697,1 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 93,50 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 113,28 manat məbləğində dövlət rüsumunun qalan 19,78 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar