Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2922/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı Zamin MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Zamin MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK01498 saylı nisyə satış müqaviləsinə əsasən, borcluya 1502.12 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və cavabdehə təhvil verilmişdir. Bundan əlavə, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK01499 saylı nisyə satış müqaviləsinə əsasən, borcluya 284.58 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və cavabdehə təhvil verilmişdir. Bundan əlavə, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK02230 saylı nisyə satış müqaviləsinə əsasən, borcluya 527 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və cavabdehə təhvil verilmişdir. Bundan əlavə, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK02469 saylı nisyə satış müqaviləsinə əsasən, borcluya 345.45 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və cavabdehə təhvil verilmişdir. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək, aylıq ödənişlərini vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında müqavilə üzrə 1259,94 manat qalıq borcu, 56,70 manat cərimə borcu yaranmışdır. Ona görə də Cavabdeh xx.xx.2019-cu il tarixli BİNK01498 saylı nisyə satış müqaviləsi üzrə 838.12 manat əsas borc, 404.31 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK01499 saylı nisyə satış müqaviləsi üzrə 94.58 manat əsas borc, 46.87 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02230 saylı nisyə satış müqaviləsi üzrə 352 manat əsas borc, 171.28 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02469 saylı nisyə satış müqaviləsi üzrə 220.45 manat əsas borc, 107.27 manat cərimə borcu və ödənilmiş 43.74 manat dövlət rüsumu tutularaq Zamin MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Zamin MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK01499 saylı nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, Samsung A10 markalı mobil telefon üçün birinci ay 6,0 manat, sonra hər ay nağd qaydada 23,0 manat (sonuncu ay 25.58 manat) ödəməklə, 12 ay müddətinə 284.58 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 0,3 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh avadanlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli BİNK01499 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Zamin MMC–yə birinci ay 6,0 manat, sonra hər ay nağd qaydada 23,0 manat (sonuncu ay 25.58 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Zamin MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK01498 saylı nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, Almeda 2 qapı qorka ceviz və 1 yerli sağ qəhvəyi Elentra Künc üçün hər ay nağd qaydada 83,0 manat (sonuncu ay 91.12 manat) ödəməklə, 18 ay müddətinə 1502.12 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 0,3 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh avadanlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli BİNK01498 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Zamin MMC–yə hər ay nağd qaydada 83,0 manat (sonuncu ay 91.12 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Zamin MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK02230 saylı nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, Simfer model Aspirator və Simfer model qaz üstü üçün hər ay nağd qaydada 35,0 manat (sonuncu ay 37 manat) ödəməklə, 15 ay müddətinə 527 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 0,3 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh avadanlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli BİNK02230 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Zamin MMC–yə hər ay nağd qaydada 35,0 manat (sonuncu ay 37 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Zamin MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BİNK02469 saylı nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, Nokia markalı mobil telefon üçün birinci ay 17,0 manat, sonra hər ay nağd qaydada 27,0 manat (sonuncu ay 31.45 manat) ödəməklə, 12 ay müddətinə 345.45 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 0,3 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh avadanlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli BİNK02469 saylı müqavilə üzrə birinci ay 17,0 manat, sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Zamin MMC–yə hər ay nağd qaydada 27,0 manat (sonuncu ay 31.45 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2019-cu il tarixli, BİNK01498 saylı nisyə satış müqaviləsi üzrə 838.12 manat əsas borc, 404.31 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK01499 saylı nisyə satış müqaviləsi üzrə 94.58 manat əsas borc, 46.87 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02230 saylı nisyə satış müqaviləsi üzrə 352 manat əsas borc, 171.28 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02469 saylı nisyə satış müqaviləsi üzrə 220.45 manat əsas borc, 107.27 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Zamin MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 43.74 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh Zamin MMC ilə aralarında bağlanmış müqavilələrə əsasən cavabdehə verilmiş alqı-satqı qiyməti 1502.12 manat dəyərində olan avadanlığı 18 ay müddətinə hər ay nağd qaydada 83,0 manat (sonuncu ay 91.12 manat) ödəmək şərti ilə, 284.58 manat dəyərində olan avadanlığı 12 ay müddətinə birinci ay 6,0 manat, sonra hər ay nağd qaydada 23,0 manat (sonuncu ay 25.58 manat) ödəməklə, 527 manat dəyərində olan avadanlığı 15 ay müddətinə hər ay nağd qaydada 35,0 manat (sonuncu ay 37 manat) ödəməklə, 345.45 manat dəyərində olan avadanlığı 12 ay müddətinə birinci ay 17,0 manat, sonra hər ay nağd qaydada 27,0 manat (sonuncu ay 31.45 manat) ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı Zamin MMC həmin televizoru Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan müqavilələr üzrə müvafiq olaraq əsas borca münasibətdə cavabdehdən xx.xx.2019-cu il tarixli, BİNK01498 saylı müqavilə üzrə 404,31 manat cərimə pulunun, xx.xx.2019-cu il tarixli, BİNK01499 saylı müqavilə üzrə 46,87 manat cərimə pulunun, xx.xx.2019-cu il tarixli, BİNK02230 saylı müqavilə üzrə 171,28 manat cərimə və xx.xx.2019-cu il tarixli, BİNK02469 saylı satış 107,27 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2019-cu il tarixli, BİNK01498 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 35,0 manat, xx.xx.2019-cu il tarixli, BİNK01499 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 4,0 manat, xx.xx.2019-cu il tarixli, BİNK02230 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 15,0 manat, xx.xx.2019-ci il tarixli, BİNK02469 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 10,0 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın 43,74 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən iddia verilən zaman ödənilmiş 43,74 manat dövlət rüsumunun 13,0 manat hissəsi iddiaçıya aid edilməli, 30,74 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Zamin MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli BİNK01498, saylı nisyə satış müqaviləsi üzrə 838,12 manat əsas borc, 35,0 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, BİNK01499 saylı nisyə satış müqaviləsi üzrə 94,58 manat əsas borc, 4,0 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02230 saylı nisyə satış müqaviləsi üzrə 352,0 manat əsas borc, 15,0 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02469 saylı nisyə satış müqaviləsi üzrə 220,45 manat əsas borc, 10,0 manat cərimə və 30,74 manat dövlət rüsumu olmaqla, cəmi 1599,89 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Zamin MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli, BİNK01498 saylı nisyə satış müqaviləsi üzrə 838,12 manat əsas borc, 35,0 manat cərimə borcu, xx.xx.2019cu il tarixli BİNK01499 saylı nisyə satış müqaviləsi üzrə 94,58 manat əsas borc, 4,0 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli BİNK02230 saylı nisyə satış müqaviləsi üzrə 352,0 manat əsas borc, 15,0 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, BİNK02469 saylı nisyə satış müqaviləsi üzrə 220,45 manat əsas borc, 10,0 manat cərimə və 30,74 manat dövlət rüsumu olmaqla, cəmi 1599,89 (bir min beş yüz doxsan doqquz manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Dövlət rüsumunun 13,0 (on üç) manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2922/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2922/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver