Məhkəmə qərarları › İş №e-2(003)-2979/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2979/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2979/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehnın iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3330,2 manat ödənilməmiş hissə, 785 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1033 manat ödənilməmiş hissə, 347,1 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 134,2 manat ödənilməmiş hissə, 40,5 manat dəbbə, ümumilikdə 5670 manat borc, 76,70 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən “Asus” markalı notebook, “İphone SE” markalı və “X4 9 Pro” markalı telefonlar almış və cəmi 1176,2 manat ödəniş etmişdir. Lakin müqavilələr üzrə üzərinə deşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ümumilikdə 5670 manat borc yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, onunla iddiaçı arasında iddia ərizəsində qeyd olunan müqavilələr bağlanılmışdır. İlk əvvəllər vaxtıvaxtında ödənişlər etmiş, lakin sonradan maddi durumu pisləşdiyindən ödənişlər edə bilməmişdir. Sonuncu dəfə may ayında ödəniş etmişdir. Hazırda ondan tələb olunan əsas borcları qəbul edir, lakin dəbbə borclarına etiraz edir və silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23106701 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3378,60 manat olan “Asus” markalı notebook Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 187,70 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22185710 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1477,80 manat olan “İphone SE” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 82,10 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 817,20 manat olan “X4 9 Pro” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 68,10 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 23106701 saylı müqavilə üzrə 3330,2 manat ödənilməmiş hissə, 785 manat dəbbə, xx.xx.2021-ci il tarixli 22185710 saylı müqavilə üzrə 1033 manat ödənilməmiş hissə, 347,1 manat dəbbə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 134,2 manat ödənilməmiş hissə, 40,5 manat dəbbə, ümumilikdə 5670 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu iddiaçıdan müəyyən mallar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdehdə ondan tələb olunan əsas borcları qəbul etməklə həmin borclara qarşı etirazının olmadığını bilirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və müqavilələr üzrə ödənilməyən 3330,2 manat, 1033 manat və 134,2 manat məbləğlərində ödənilməmiş borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3330,2 manat məbləğində əsas borca 785 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1033 manat məbləğində əsas borca münasibətdə 347,1 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 134,2 manat məbləğində əsas borca münasibətdə 40,5 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 23106701 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3330,2 manat əsas, 100 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli 22185710 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1033 manat əsas, 50 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 134,2 manat əsas, 10 manat dəbbə pulu olmaqla cəmi 4657,4 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 63 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 13,70 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23106701 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3330,2 manat əsas, 100 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli 22185710 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1033 manat əsas, 50 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 134,2 manat əsas, 10 manat dəbbə pulu olmaqla cəmi 4657,4 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 63 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 76,70 manat məbləğində dövlət rüsumunun qalan 13,70 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar