Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-303/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı Cavabdeh qarşı pul tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə X15 adına sığortalanmış SUBARU Forester markalı, 90EE730 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 3/2/2020 11:00:00 PM tarixində Bakı şəhəri, Suraxanı rayonu Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol- nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuşdur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər Polis idarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, ********* saylı Qərarından məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh oğlu SUBARU Forester markalı, 90EE730 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə istismar etmişdir. Məhz bu səbəbdən barəsində başlanılan cinayət işi üzrə istintaq Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə olmuşdur. Yuxarıda qeyd edilən hadisə ilə əlaqədar "İcbari Sığorta Bürosu” HŞİ tərəfindən dəymiş zərərə görə zərərçəkən X8 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 6500 manatın və ödənilmiş dövlət rüsumuna görə 85 manatın, ümumilikdə 6585 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən “İcbari sığortalar haqqında” Qanunun 14-cü və 56.1-ci maddəsinə uyğun olaraq, ölüm hadisəsinə görə 5000 manat və sağlamlığa dəymiş ağır xəsarətə görə isə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi Əziz Quliyev ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məlumat göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İcbari sığorta müqaviləsinə dair məlumatın surətindn görünür ki, “Subaru Forester” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ASC "xxxx" sığorta şirkətində icbari qaydad sığortalanmış, əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat sığorta haqqı təşkil edir. -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Subaru Forester” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4. -avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təsərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış sahəsində piyada vurulmuş, hadisədə təqsirli olan şəxs: sürücü Cavabdeh (“Subaru Forester” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi X7), nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, sərxoş olmuş, hadisə zamanı X18ağır xəsarət almış (ölmüş), X19 – ağır xəsarət almışdır. -sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/621 nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh alkoqol sərxoşluğu müəyyən edilmişdir. -Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Yusif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ********* saylı cinayət işinin başlanılması və cinayət işinin istintaq edilməsi üçün icraatına qəbul edilməsi qərara alınmışdır. -Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Yusif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Taqudinoviçin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. -Bakı şəhər prokurorunun müavini baş ədliyyə müşaviri Mehman Qocayev tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, X13 təqsirləndirilir ondan ötrü ki, o, 02 mart 2020-ci il tarixdə təxminən saat 23 radələrində “ Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq alkoqol sərxoşluq vəziyyətində etibaranə olmadan X5 məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Subaru Forester” markalı, **-EE-*** dövlət qeydiy at nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, yaşayış sahəsində yerləşən “Ballı” market istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin, 2-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq 60-70 saat sürətlə hərəkət edərkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsəsən qarşıda piyada keçidinin olmasını nəzərə alaraq sürətini azaltmalı, keçidə yaxınlaşarkən рiуада keçidi ilə piyadaların yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadalara yol verməli, piyada keçidi ilə yolu keçən piyadaların onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bu qaydalara əməl etməmiş, idarə etdiyi avtomobilin qаbаq hissəsi ilə həmin yerdə yerləşən piyada keçidinin üzərində hərəkət edən piyadalar 1963-cü il təvəllüdlü X11 və 1984-cü il təvəllüdlü X9 ehtiyyatsızlıqdan vurmuş və nəticədə X14 baş beyinin ağır dərəcəli əzilməsi, alın sümüyünün xətti sınığı, subaraxnoidal qansızma, sağ tərəfli hemiparez, sağ tərəfli oturaq və qasıq sümüklərinin qapalı sınığı yerdəyişmə ilə, alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ gözün bayır bucağı nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış və digər piyada X3 qabırğalarının çoxsaylı sınıqları, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli sınıqları, sol ağciyərin cırılması, sağ baldır nahiyyəsinin əzilmiş-cırılmış уаrası və bədənin çoxsaylı sıyrıqları və qançırları ilə müşayət olunan və onun ölümü ilə bilavasitə səbəbli əlaqəli olan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış və sonuncu skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağciyərin cırılması nəticəsində inkişaf etmiş zədə şoku və qanitirmə səbəbindən hadisə yerində ölümünə səbəb olan sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da X13 Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Həmin ittiham aktından görünür ki, X1 Nəriman Adil oğlunun hüquqi varisi qismində işə cəlb edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən “Subaru Forester” markalı 90EE730 dövlət qeydiyyat nişanlı avtomobilin sükücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti һаqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsınn 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh aytomobili sərxoş vəziyyatdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. O avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 69 km/saatdan artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. -İC AA 4495/20 saylı işə dair sığorta aktının və ödəniş tapşırığının surətlərindən görünür ki, “İcbari sığorta Bürosu” HŞ ittifaqı tərəfindən zərərçəkmiş şəxs X6 etibarnamə əsasında nümayəndəsi X12 1500 manat ödənilmişdir. -İC AA 4494/20 saylı işə dair sığorta aktının və ödəniş tapşırığının surətlərindən görünür ki, “İcbari sığorta Bürosu” HŞ ittifaqı tərəfindən zərərçəkmiş şəxs Nərimanova Cəmalə X2 hüquqi varisi X12 5000 manat ödənilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə üçün 50 manat dövlət rüsumu ödənilmişdir. -elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbz əsasında 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən onun təqsiri nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyada keçidindən keçən şəxslərə xəsarət yetirmişdir. Yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərə dəymiş zərərlər, ümumilikdə 6500 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 85 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin iddia həmin hissədə də təmin edilməlidir.. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6500 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 85 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-303/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-303/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver