Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3088/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi İddiaçı MMC-nin Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Chevrolet Cobalt LTZ” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən geri qaytarılması, xx.xx.2024-cü il tarixli “daxili lizinq müqaviləsi”-nə əsasən 658,84 manat gecikdirilmiş əsas, 884,26 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 359,79 manat dəbbə pulu olmaqla, cəmi 1902,89 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, cavabdehlə iddiaçı arasında razılıq əldə olunduğuna görə iş üzrə iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirib, cavabdehin məhkəmədə iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə (VÖEN: **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3088/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3088/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver