Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3131/2025 28.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət+1 il xidmət, APPLE MACBOOK AİR 13 kompüter üçün 2028.60 (iki min iyiirmi səkkiz manat 60 qəpik) manat ödənilməmiş hissə, 202.86 (iki yüz iki manat 86 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət+3 il xidməti, TCL LED TVYUPİTER YP tv asqısı üçün 390.80 (üç yüz doxsan manat, 80 qəpik) manat ödənilməmiş hissə, 39.08 (otuz doqquz manat, 08 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti , Zəmanət + 3il Xidməti, İMEİ KODU **********2651 OPPO A58 markalı telefon üçün 320.70 (üç yüz iyirmi manat 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 32.07 (otuz iki manat, 07 qəpik) manat cərimə ümumilikdə 3037.71 manat borc, 50.38 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh Zəmanət+1 il xidmət, APPLE MACBOOK AİR 13 kompüter, Zəmanət+3 il xidməti, TCL LED TVYUPİTER YP tv asqısı, PAKET XL xidməti, Zəmanət+3 il xidməti, İMEİ KODU **********2651 OPPO A58 markalı telefon almış və nəticədə 3037.71 manat borc yaramışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2160 manat (18 ay x 120 manat+ 0 manat ilkin ödəniş) olan Zəmanət+1 il xidmət, APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə 2231.46 manat olmaqla ondan, 2028.60 manat ödənilməmiş hissə, güzəşt olunaraq 202.86 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü tarixli il müqaviləyə əsasən, alqı-satqı qiyməti 521.04 manat (24 ay x 21.71 manat+0 manat ilkin ödəniş) olan , Zəmanət+3 il xidməti, TCL LED TVYUPİTER YP tv asqısı ümumilikdə, 429.88 manat olmaqla ondan, 390.80 manat ödənilməmiş hissə, güzəşt olunaraq 39.08 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli daha bir müqaviləyə əsasən, alqı-satqı qiyməti 579.42 manat(18 ay x 32.19 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL xidməti, Zəmanət+3 il xidməti, İMEİ KODU **********2651 OPPO A58 markalı telefon üçün ümumilikdə, 400.35 manat olmaqla ondan, 320.70 manat ödənilməçiş hissə, İnnovativ Layihələr Mərkəzinə pdənilmiş 23.6 manat rüsum, güzəşt olunaraq 32.07 manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə bütün öhdəliklərini lazımi şəkildə yerinə yetirsə də cavabdeh öhdəliyini tam şəkildə icra etməmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Zəmanət+1 il xidmətini və APPLE MACBOOK AİR 13 kompüterini tam qüsursuz halda təhvil almışdır.
6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 10727876 saylı müqavilədən görünür ki, Zəmanət+3 il xidməti və TCL LED TVYUPİTER YP tv asqısı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır. Müqavilənin 2.6-cı bəndinə görə “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
7. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Zəmanət+3 il xidmətini və TCL LED TVYUPİTER YP tv asqısını tam qüsursuz halda təhvil almışdır.
9. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli 10727876 saylı müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-ci il tarixədək 24 ay müddətində hər ay 21.71 manat olmaqla cəmi 798.56 manat ödəməyi öhdəsinə götürmüşdür.
10. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 10727877 saylı müqavilədən görünür ki, paket XL xidməti, Zəmanət+3 il xidməti və İMEİ KODU **********2651 OPPO A58 markalı telefon müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır. Müqavilənin 2.6-cı bəndinə görə “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4cü bəndinə əsasən, müştəri müqavilə şərtlərini pozuduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət tətbiq edə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müqavilənin 3.16-cı bəndinə əsasən, mal müştəri tərəfindən əldə edildikdən sonra onun rabitə orqanında qeydiyyatı “ABC” tərəfindən həyata keçiriləcək.
11. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh paket XL xidməti, Zəmanət+3 il xidməti və İMEİ KODU **********2651 OPPO A58 markalı telefonu tam qüsursuz halda təhvil almışdır.
13. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli 10727877 saylı müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 18 ay müddətində hər ay 32.19 manat olmaqla cəmi 440.04 manat ödəməyi öhdəsinə götürmüşdür.
14. 26.06.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ KODU **********2651 OPPO A58 markalı mobil telefonun açılıb bağlanması üçün İnnovatoiv Layihələr Mərkəzinə 23.60 manat məbləğində rüsum ödənilmişdir.
15. 12.07.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2028.6 manat məbləğində əsas, 202.86 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasəb isə 390.80 manat məbləğində əsas, 39.08 manat cərimə və xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən isə 320.7 manat məbləğində əsas, 32.07 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum olmaqla, ümumilikdə 3037.71 manat borcu yaranmışdır.
16. 26.05.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan (poçt qəbzi var) görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
17. 27.06.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 50.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
18. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
21. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
24. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
25. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
26. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
27. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024-cü il tarixli 10727876 saylı və xx.xx.2024-cü il tarixli 10727877 saylı müqavilələr bağlanmışdır. ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Zəmanət+1 il xidmətini və APPLE MACBOOK AİR 13 kompüterini birlikdə qiyməti 2160 manat olmaqla, ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 120 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil vermişdir. 10727876 saylı nisyə alqı-satqı müqaviləsniə əsasən, iddiaçı Zəmanət+3 il xidmətini və TCL LED TVYUPİTER YP tv asqısını birlikdə qiyməti qiyməti 521.04 manat olmaqla, ilkin ödəniş olmadan, 24 ay müddətinə hər ay 21.71 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil vermiş, həmçinin 10727877 saylı nisyə alqı-satqı müqaviləsniə əsasən, iddiaçı PAKET XL xidmətini, Zəmanət+3 il xidmətini və İMEİ KODU **********2651 OPPO A58 markalı telefonu birlikdə qiyməti 579.42 manat olmaqla, ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 32.19 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil vermişdir. Lakin hazırkı iş üzrə cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
31. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borcların (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi xx.xx.2024-cü il tarixli 032019671saylı müqavilə üzrə ödənilməmiş 2028.60 manat (iki min iyirmi səkkiz manat 60 qəpik), xx.xx.2024-cü il tarixli 10727876 saylı müqavilə üzrə ödənilməmiş hissə 390.80 (üç yüz doxsan manat səksən qəpik) əsas borc, həmçinin xx.xx.2024-cü il tarixli 10727877 saylı müqavilə üzrə ödənilməmiş 320.70 (üç yüz iyirmi manat 70 qəpik) və innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum hissəsi əsaslı olduğundan təmin edilməlidir.
32. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 2028.60 manat məbləğində əsas borca münasibətdə 202.86 manat cərimə, xx.xx.2024-cü il tarixli 10727876 saylı müqavilə üzrə 390.80 manat məbləğində əsas borca münasibətdə 39.08 manat cərimə və xx.xx.2024-cü il tarixli 10727877 saylı müqavilə üzrə 320.70 manat məbləğində əsas borca münasibətdə 32.07 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq, müvafiq olaraq 101 AZN (bir yüz bir manat), 19.54 AZN (on doqquz manat əlli dörd qəpik) və 16 AZN (on altı manat) olmaqa, cəmi 136,54 AZN cərimə məbləği tutulmalıdır.
33. Məhkəmə iddia tələbinin ödənilmiş 50.38 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə (2028.60+101+390.80+19.54+320.70+16+23.6=2884.24) mütənasib olaraq 48,84 AZN məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024cü il tarixli ********* saylı müqaviləyə əsasən 2028.60 AZN (iki min iyirmi səkkiz manat altmış qəpik) borc, 101 AZN (bir yüz bir manat) cərimə, xx.xx.2024-cü il tarixli 10727876 saylı müqaiviləyə əsasən 390.80 AZN (üç yüz doxsan manat səksən qəpik) borc, 19.54 AZN (on doqquz manat əlli dörd qəpik) cərimə, xx.xx.2024-cü il tarixli 10727877 saylı müqaviləyə əsasən 320.70 AZN (üç yüz iyirmi manat yetmiş qəpik) borc, 16 AZN (on altı manat) cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) rüsum olmaqla, ümumilikdə 2884.24 AZN (iki min səkkiz yüz səksən dörd manat iyirmi dörd qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 48,84 AZN (qırx səkkiz manat səksən dörd qəpik) məbləğində dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən 2028.60 AZN (iki min iyirmi səkkiz manat altmış qəpik) borc, 101 AZN (bir yüz bir manat) cərimə, xx.xx.2024cü il tarixli 10727876 saylı müqaiviləyə əsasən 390.80 AZN (üç yüz doxsan manat səksən qəpik) borc, 19.54 AZN (on doqquz manat əlli dörd qəpik) cərimə, xx.xx.2024-cü il tarixli 10727877 saylı müqaviləyə əsasən 320.70 AZN (üç yüz iyirmi manat yetmiş qəpik) borc, 16 AZN (on altı manat) cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 (iyirmi üç manat altmış qəpik) rüsum olmaqla, ümumilikdə 2884.24 AZN (iki min səkkiz yüz səksən dörd manat iyirmi dörd qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 48,84 AZN (qırx səkkiz manat səksən dörd qəpik) məbləğində dövlət rüsumunun məbləği tutulsun və iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov