Məhkəmə qərarları › İş №e-2(003)-315/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-315/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-315/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsinin nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsinin Cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsi cavabdeh "xxxx" ASCyə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsin abonent koduna (abonent kodu: 03/02-024) hesablanmış 12523,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs qanlarının X1 Hüquqi Şəxsi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs qanlarının X1 Hüquqi Şəxsi ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0.076 manat + (DV) = 0.09 manat tarif üzrə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs qanlarının X1 Hüquqi Şəxsi ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0.10 manat tarif üzrə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs orqanlarının X1 Hüquqi Şəxsi ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0.085 manat + (ADV) = 0.10 manat tarif üzrə aparılır. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq istehlak edilmiş elektrik enerjisinin dəyəri hər ay ödənilir və borc yoxdur. xx.xx.2024-cü il tarixda cavabdeh tərəfindən akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, abonentlə qarşıqlı hesabat 1 kvts üçün dəyəri 0.10 manatla aparılır. Lakin abonent xidmət sahəsində fəaliyyət göstərdiyi üçün qarşılıqlı hesabat elektrik enerjisinin ölkədaxili tarifinə uyğun olaraq 1 kvts-in dəyəri 0.11 manatdan aparılmalıdır. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda qeyd edilmişdir ki, elektrik enerjisi sərfiyyatına görə iddiaçının 19579 manat debitor borcu vardır. Cavabdeh tərəfindən tərtib edilmiş akt qanunsuzdur. Belə ki, iddiaçı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatdır və xidmət sahəsində fəaliyyət göstərmir, sahibkarlıq fəaaliyyəti ilə məşğul olmur və gəlir əldə etmir. Belə olan halda, cavabdeh tərəfindən elektrik enerjisinin 1 kvts-in dəyərinin 0.11 manatdan hesablanması tam qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.S.Əliyeva iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "xxxx" ASC ilə “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsi arasında imzalanmış xx.xx.2024-cü il tarixli 077295 saylı müqavilədən görünür ki, tərəflər arasında elektrik enerjisinin verilməsi ilə bağlı birtipli müqavilə imzalanmışdır. "xxxx" ASC tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, istehlakçıya borcunu ödəməsi, əks təqdirdə xx.xx.2024-cü il tarixdən dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli NİQ seriyalı 001041 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulduğuna görə “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası”-na borc yazılmışdır. "xxxx" ASC tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixdə 1 akt əsasında cəmi 6171 manat borc yazılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən onlara hesablanmış 12523,50 manat borc məbləğini tələb edən iddiaçı həmin məbləği təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması və artıq hesablanma nəticəsində cavabdehə 8392,15 manat məbləğində borc hesablanmışdır. Ona görə də, iddiaçının abonent hesabına yazılmış 8392,15 manat məbləğində borc silinməlidir. İş materiallarında olan 03/02-024 saylı abonent kodundan görünür ki, abonentin hesabına müəyyən aylarda 0,10 tarifi əvəzinə 0,11 tarifi hesablanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə 4650 manat əvəzinə 5115 manat (46500 x 0,11=5115, 46500 x 0,10=4650), xx.xx.2024-cü il tarixdə 7200 manat əvəzinə 7920 manat (72000 x 0,11=7920, 72000 x 0,10=7200), xx.xx.2024-cü il tarixdə 9791,4 manat əvəzinə 10770,54 manat (97914 x 0,11=10770,54, 97914 x 0,10=9791,4), xx.xx.2024-cü il tarixdə 580,7 manat əvəzinə 637,71 manat (5807 x 0,11=637,71, 5807 x 0,10=580,7), xx.xx.2024-cü il tarixdə 1628 manat əvəzinə 1790,74 manat (16280 x 0,11=1790,74, 16280 x 0,10= 1628), xx.xx.2024-cü il tarixdə 1500 manat əvəzinə 1650 manat (15000 x 0,11=1650, 15000 x 0,10=1500), xx.xx.2024-cü il tarixdə 2550 manat əvəzinə 2805 manat (25500 x 0,11=2805, 25500 x 0,10=2550) və xx.xx.2025-ci il tarixdə 1350 manat əvəzinə 1485 manat (1350 x 0,11=1485, 1350 x 0,10=1350) hesablanmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2-ci bəndinə əsasən qeyri-əhali (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla): 4.2.1. Ticarət və xidmət sahələri üçün 0.11 qəpik; 4.2.2. Digərləri üçün 0.10 qəpik müəyyən edilmişdir. Beləliklə də müəyyən edilir ki, 2024-ci ilin iyun ayından başlayaraq istifadə edilmiş elektrik enerjisinə görə hesabat 0,11 qəpikdən aparılmışdır. Elektrik enerjisinin 0,11 qəpikdən hesablanmas ilə əlaqədar olaraq 2024-cü ilin iyun-sentyabr aylarında 2221,15 manat artıq borc hesablanmışdır. Nəzərə alınmalıdır ki, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsinin nizamnaməsinə əsasən fəaliyyətinin əsasını gəlir əldə etmək məqsədi daşımadığından, qeyri-kommersiya hüquqi şəxsi hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 18 saylı qərarının 1.3.-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma üçün elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi cavabdehin fəaliyyətini nizamlayan qaydalara əsasən aşkar olunan pozuntunun sənədləşdirilməsi qaydası dəqiq müəyyən olunsa da, cavabdeh istinad etdiyi halları, yəni iddiaçıdan tələb etdiyi borcun yaranma əsaslarını sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 2024-cü ilin iyun-sentyabr aylarında artıq hesablanmış 2221,15 manat borc məbləği və akt əsasında hesablanmış 6171 manat olmaqla, cəmi 8392,15 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. “Azərişıq ASC” tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyası” publik hüquqi şəxsinə məxsus 03/02-024 saylı abonent hesabına hesablanmış 8392,15 (səkkiz min üç yüz doxsan iki manat, on beş qəpik) manat borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən dövlət rüsumuna görə 103 (bir yüz üç manat) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar