Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3158/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********26105 XİAOMİ REDMİ 14C üçün, 295.03 (iki yüz doxsan beş manat 3 qəpik) manat ödənilməmiş hissə, 29.50 (iyirmi doqquz manat 50 qəpik) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kod **********06366 XİAOMİ REDMİ NOTE 13 üçün, 203.69 (iki yüz üç manat 69 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 20.37 (iyirmi manat 37 qəpik) manat cərimə , ümumilikdə 572.19 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunın cavabdehdən tutularaq onun xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********26105 XİAOMİ REDMİ 14C və İmei kod **********06366 XİAOMİ REDMİ NOTE 13 markalı telefonlar cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə alınmışdır. xx.xx.2024-cü il tarixli müqavilə əsasında İmei kod **********26105 XİAOMİ REDMİ 14C üçün ümumilikdə, 324.53 (üç yüz iyirmi dörd manat, 53 qəpik) manat olmaqla ondan, 295.03 (iki yüz doxsan beş manat 3 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 29.50 (iyirmi doqquz manat 50 qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə əsasında isə İmei kod **********06366 XİAOMİ REDMİ NOTE 13 üçün ümumilikdə , 247.66 (iki yüz qırx yeddi manat 66 qəpik) manat olmaqla ondan, 203.69 (iki yüz üç manat 69 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat üsum, güzəşt olunaraq 20.37 (iyirmi manat 37 qəpik) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 381,27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02027705 saylı müqavilədən və onun ayrılmaz tərkib hissəsi sayılan əlavələrdən aydın olur ki, İmei kod **********06366 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ilkin ödəniş olmadan hər ay 48.53 manat ödəməklə, 12 ay müddətinə 549,97 manata Cavabdeh satılmışdır.
5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 02027705 saylı müqavilə müqavilədə qeyd olunmuş İmei kod **********06366 XİAOMİ REDMİ NOTE 13 markalı telefonu tam qüsursuz halda təhvil almışdır.
6. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
7. 11.07.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İmei kod **********06366 XİAOMİ REDMİ NOTE 13 markalı mobil telefonun açılıb bağlanması üçün İnnovatoiv Layihələr Mərkəzinə 23.60 manat məbləğində rüsum ödənilmişdir.
8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən və onun ayrılmaz tərkib hissəsi sayılan əlavələrdən aydın olur ki, İmei kod **********26105 XİAOMİ REDMİ 14C markalı telefon üçün ilkin ödəniş olmadan hər ay 36.67 manat ödəməklə, 9 ay müddətinə 330,03 manata Cavabdeh satılmışdır.
9. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ********** saylı müqavilə müqavilədə qeyd olunmuş İmei kod **********26105 XİAOMİ REDMİ 14C markalı telefonu tam qüsursuz halda təhvil almışdır.
10. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02027705 saylı müqavilə əsasında 203.69 əsas borca görə ödənilməmiş borcu, 23.6 İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 20.37 cərimə pulu və xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə əsasında, 295.03 əsas borca görə ödənilməmiş borcu, 29.50 cərimə pulu ümumilikdə 572.19 manat məbləğində borcu yaranmışdır.
11. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
12. 12 iyul 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
17. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
22. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
23. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
24. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
25. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02027705 saylı müqaviləyə əsasən, 549,97 manat dəyərə malik müvafiq əşyanı iddiaçı ilkin ödəniş olmadan 12 ay müddətinə, hər ay 45.83 manat ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, cavabdehin müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməməsi nəticəsində ümumilikdə qeyd olunan müqavilə üzrə 203,69 manat məbləğində borc yaranmışdır. Daha sonra eyni tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, iddiaçı 330,03 manat dəyərə malik müvafiq əşyanı iddiaçı ilkin ödəniş olmadan 9 ay müddətinə, hər ay 36.67 manat ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, cavabdehin müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməməsi nəticəsində ümumilikdə qeyd olunan müqavilə üzrə 295,03 manat məbləğində borc yaranmışdır. Yuxarıda qeyd olunan iki müqavilə üzrə cavabdehin "xxxx" MMC-ə, ümumilikdə 498,72 manat (203,96+295,03) ödəməli olduğu iddiaçının məhkəməyə təqdim etmiş olduğu sənədlərlə öz təsdiqini tapır.
29. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi 498.72 manat (dörd yüz doxsan səkkiz manat yetmiş iki qəpik) əsas borc və innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum hissəsi əsaslı olduğundan təmin edilməlidir.
30. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli, 02027705 saylı müqavilə üzrə 203.69 manat məbləğində əsas borca münasibətdə 20.37 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 10.18 (on manat on səkkiz qəpik) manat cərimə məbləği tutulmalıdır. Eləcə də xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 295.03 manat məbləğində əsas borca münasibətdə 29.50 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 14.75 (ond dörd manat yetmiş beş qəpik) manat cərimə məbləği tutulmalıdır.
31. Məhkəmə iddia tələbinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024cü il tarixli müqavilə əsasında 295.03 AZN (iki yüz doxsan beş manat üç qəpik) borc, 14.75 AZN (on dörd manat yetmiş beş qəpik) cərimə və xx.xx.2024-cü il tarixli müqavilə əsasında 203.69 AZN (iki yüz üç manat altmış doqquz qəpik) borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum, 10.18 AZN (on manat on səkkiz qəpik) cərimə olmaqla, ümumilikdə 498.72 AZN (dörd yüz doxsan səkkiz manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 295.03 AZN (iki yüz doxsan beş manat üç qəpik) borc, 14.75 AZN (on dörd manat yetmiş beş qəpik) cərimə və xx.xx.2024cü il tarixli müqavilə əsasında 203.69 AZN (iki yüz üç manat altmış doqquz qəpik) borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum, 10.18 AZN (on manat on səkkiz qəpik) cərimə olmaqla, ümumilikdə 498.72 AZN (dörd yüz doxsan səkkiz manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov