Məhkəmə qərarları › İş №e-2(003)-3178/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3178/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3178/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu – İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki iş materiallarını nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Lerik Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı MPM-nin 35.1-ci maddəsinə istinad edilməklə, aidiyyəti üzrə Cavabdeh faktiki yaşayış ünvanının olduğu yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisənin cavabdehlərdən Cavabdeh faktiki yaşayı ünvanının olduğu yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh Lerik rayonu, Pirəsora kəndində qeydiyyatdadır. Göründüyü kimi Cavabdeh rəsmi qeydiyyat ünvanı Lerik rayonu, Pirəsora kəndidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar