Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3182/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 522,78 manat ödənilməmiş hissə, 52,28 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1488,56 manat ödənilməmiş hissə, 148,86 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3450 manat ödənilməmiş hissə, “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum, 345 manat dəbbə borcu olmaqla, cəmi 6031,07 manat borcun və 80,32 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında göstərdi ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1568,34 manat olan paltaryuyan “LG”, Zəmanət + 3 il xidməti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3349,98 manat olan “X4 13” kompüteri, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3450 manat olan “İphone 16 Pro” nisyə almış və cəmi 2906,98 manat ödəniş etməklə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbi qəbul edir. Yeni ödəniş cədvəlinin açılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1568,34 manat dəyərində paltaryuyan “LG”, Zəmanət + 3 il xidməti nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 87,13 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3349,98 manat dəyərində “X4 13” kompüteri nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 186,11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3450 manat dəyərində “İphone 16 Pro” nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 287,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 522,78 manat ödənilməmiş hissə, 52,28 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1488,56 manat ödənilməmiş hissə, 148,86 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3450 manat ödənilməmiş hissə, “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum, 345 manat dəbbə borcu olmaqla, cəmi 6031,07 manat borcu yaranmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilən İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 1568,34 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 87,13 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Sonra cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 3349,98 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 186,11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra isə cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 3450 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 287,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 522,78 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1488,56 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3450 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə penya ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 52,28 manat dəbbə pulu tutulmalıdır. Lakin hazırda xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1488,56 manat məbləğində əsas borca görə cavabdehdən 148,86 manat məbləğində dəbbə pulunun tələb edilməsini məhkəmə tənasübsüz surətdə yüksək hesab edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 80 manat məbləğində dəbbə pulu tutulmalıdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3450 manat məbləğində əsas borca görə cavabdehdən 345 manat məbləğində dəbbə pulunun tələb edilməsini məhkəmə tənasübsüz surətdə yüksək hesab edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 170 manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonun açılıbbağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul köçürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 80,32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 80,32 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 522,78 manat ödənilməmiş hissə, 52,28 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1488,56 manat ödənilməmiş hissə, 80 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3450 manat ödənilməmiş hissə, “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum, 170 manat dəbbə borcu olmaqla, cəmi 5787,22 (beş min yeddi yüz səksən yeddi manat iyirmi iki qəpik) manat borcun və 80,32 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3182/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3182/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver