Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3235/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi və pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi X2 küçəsi, ev 11/97D ünvanında (**********50000 saylı abonent) olan fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsi, hesablanmış 6502 manat borcun silinməsi, vurulmuş maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 3000 manat, hüquqi yardım xərcinə görə 306 manat, dövlət rusumuna görə ödənilmiş (64+50) 114 manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirdi ki, iddiaçı evi miras olaraq qəbul edib. Lakin abonent kodu 1991-ci ildə vəfat etmiş atası Ramiz Ələsgərovun adınadır.İddiaçı ailəsi ilə birlikdə bu evdə yaşayır. Sayğac çöldə yerləşir və Azərişıq" ASC-nin əməkdaşları tərəfindən sayğac dəyişilirkən nə onun, nə də ki, ailə üzvlərinin xəbəri olmamışdır.Onun üzərinə güya sayğaca müdaxilə edilməsinə görə 6.502 manat məbləğində borc yazılmışdır. İddiaçı arvadı ilə birgə Türkiyəyə getmək üçün bilet alsa da, işıqların olmaması səbəbindən gedə bilməmişdir və buna görə iddiaçıya 1000 manat məbləğində maddi ziyan dəymişdir.Bundan başqa işıqların kəsilməsi, yay vaxtı kondisionersiz qalması, soyuducuda olan ərzaqların xarab olması ona 3.000 manat mənəvi ziyan dəymişdir.Məhkəməyə müraciət edilməsi üçün o, 306 manat hüquqi yardıma, 114 manat məbləğində rüsum ödəmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 002386 nömrəli, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, **********50000 saylı abonent kodu olan sayğaca kənar müdaxilə edilməsi müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğaca laborotoriya şəraitində baxılması, rəy verilməsi tələbi qoyulmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, **********50000 nömrəli abonent koduna 6.502,08 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, 4 saylı vəkil bürosuna hüquqi yardım üçün 306 manat pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsmu olararaq 64 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən müvəqqəti təminat tədbiri üçün dövlət rüsmu olararaq 50 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş İV-ЖГ seriyalı, 300391 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ələsgərov Ramiz oğlu oğlu xx.xx.1991-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 16(003)- 159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki, mülki iş üzrə mübahisə başa çatanadək ünvan 2 ünvanına (abonent kodu: **********50000) elektrik enerjisinin verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bərpa edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Azerbaijan Airlines” hava yollarından alınmış biletin surətindən görünür ki, bilet üçün vergilər daxil olmaqla 460,16 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş DƏDRX-nin MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu (Xəzər rayonu), Mərdəkan qəsəbəsi X2 küçəsi, ev 11/97D ünvanında ********** qeydiyyat nömrəli daşınmaz əmlakın hüquqi sahibi İddiaçıdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, № 18 qərarının 7.11-ci bəndinə əsasən ” Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur”. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus olan ünvana dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən müdaxiləyə görə 6.502 manat borc hesablanmışdır.Məhkəmədə "xxxx" ASC sübut edə bilmədi ki, sayğaca müdaxilə məhz X1 tərəfindən olmuşdur.Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi X2 küçəsi, ev 11/97D ünvanında (**********50000 saylı abonent) fərdi yaşayış evinə hesablanmış borc əsassızdır və silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən” Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. İddiaçı sübut edə bilmədiki "xxxx" ASC tərəfindən ona 1000 manat məbləğində maddi ziyan dəymişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın bu hissəsi təmin oluna bilməz. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin 3.000 manat mənəvi ziyana görə, işığın bərpasına görə pul tələbinə dair hissəsi qismən t\min edilməli və "xxxx" ASC-dən iddiaçının xeyrinə 200 manat pul tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdeh "xxxx" ASC-dən hüquqi yardıma görə 306 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 114 manat (64+50) məbləğində rüsum cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi X2 küçəsi, ev 11/97D ünvanına (abonent kodu: **********50000) hesablanmış 6.502 (altı min beş yüz iki manat) manat məbləğində borc silinsin. İddiaçı xeyrinə mənəvi zərərə görə vurulan 200 manat, hüquqi yardım xərcinə görə 306 manat və dövlət rusumuna görə 114 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutulsun Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3235/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3235/2024
25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver