Məhkəmə qərarları › İş №e-2(003)-3269/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3269/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3269/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat əsas borcun, 90 manat cərimənin, 30 manat dövlət rüsumunun, 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xidməti müqaviləyə əsasən cavabdeh 720 manat dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC oğlunun Cavabdeh qarşı olan 720 manat məbləğindəki tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" QSC-yə keçməsi barədə xidməti müqavilə üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin bugünə 600 manat əsas borcu, 90 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DAP000020 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən dəyəri 720 manat olan xidmət Cavabdeh göstərilməli və cavabdeh 1 saylı əlavəyə (ödəniş cədvəlinə) əsasən göstərilmiş xidmətinin həmin dəyərini 6 ay müddətində hər ay 120 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı sifarişçiyə qarşı müqavilədən irəli gələn pul tələbini İddiaçı MMC-yə və ya digər üçüncü şəxslərə güzəşt edə bilər. İş materiallarında olan faktor İddiaçı QSC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R-1108/22 saylı faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan faktor İddiaçı QSC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R-11xx/xx-0049 saylı Sazişdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli DAP000020 saylı müqavilə üzrə yaranmış borc faktora güzəşt edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DAP000020 saylı xidməti müqavilədən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 600 manat əsas borcu və 90 manat cərimə borcu, cəmi 690 manat məbləğində pul borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixədək borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdehlə "xxxx" MMC arasında xidməti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən dəyəri 720 manat olan xidmət cavabdehə göstərilmiş və cavabdeh ona göstərilmiş xidmətin dəyərini 6 ay müddətində hər ay 120 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış faktorinq müqaviləsinə və Sazişə əsasən cavabdehlə "xxxx" MMC arasında bağlanmış xidməti müqaviləsi üzrə yaranmış borc faktora (iddiaçıya) güzəşt edilmişdir. Cavabdeh xidməti müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 600 manat ödənilməmiş əsas və 90 manat cərimə borcu yaranmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 600 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 600 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 90 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 30 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə 600 manat əsas borc, 30 manat cərimə, cəmi 630 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 600 manat əsas borc, 30 manat cərimə, cəmi 630 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, 0,40 manat bank xidmət haqqı alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar