Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3277/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" MMC borclu X3 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41225 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER adapter, PAKET XXXL xidməti, zəmanət + 3 il xidməti üçün 906.49 (doqquz yüz altı manat, 49 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat, 90.65 (doxsan manat 65 qəpik) manat cərimə, ümumilikdə 1020.74 manat borc və 30.21 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ KODU **********41225 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER adapter, PAKET XXXL xidməti, zəmanət + 3 il xidməti almış və nəticədə 1020.74 (min iyirmi manat 74 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2720.34 manat (18 ay x 151.13 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********41225 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER adapter, PAKET XXXL xidməti, zəmanət + 3 il xidməti üçün ümumilikdə 1020.74 manat olmaqla, ondan 906.49 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 90.65 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1813.85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə bütün öhdəliklərini lazımi şəkildə yerinə yetirsə də cavabdeh öhdəliyini tam şəkildə icra etməmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir. Mülki işin materialları
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, İMEİ KODU **********41225 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER adapter, PAKET XXXL xidməti, zəmanət + 3 il xidməti, Reklam bloklayıcı AWAX ömürlük, X5 1P/1Y, Online kinoteatr MEGOGO 12 ay müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə satılmışdır. Müqavilənin 2.6-cı bəndinə görə “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilə şərtlərini pozuduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət tətbiq edə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müqavilənin 3.16-cı bəndinə əsasən, mal müştəri tərəfindən əldə edildikdən sonra onun rabitə orqanında qeydiyyatı “ABC” tərəfindən həyata keçiriləcək.
5. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, X4 SAMSUNG GALAXY S23 markalı telefonu, SAMSUNG CHARGER adapteri, PAKET XXXL xidmətini, zəmanət + 3 il xidmətini, Reklam bloklayıcı AWAX-ı , X5 1P/1Y və 12 ay müddətinə Online kinoteatr MEGOGO proqramını tam qüsursuz halda təhvil almışdır.
6. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə X4 "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 18 ay müddətində hər ay 151.13 manat olmaqla cəmi 2720.36 manat ödəməyi öhdəsinə götürmüşdür.
7. X4 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
8. 24.07.2025-ci il tarixli Arayışdan görünür ki, X2 nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ KODU **********41225 SAMSUNG GALAXY S23 markalı mobil telefonun açılıb bağlanması üçün İnnovatoiv Layihələr Mərkəzinə 23.60 manat məbləğində rüsum ödənilmişdir.
9. 24.07.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X2 906.49 manat məbləğində əsas, 90.65 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum olmaqla, ümumilikdə 1020.74 borcu yaranmışdır. 10.11.07.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan (poçt qəbzi var) görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
11. 25.07.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 12.21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 13.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 14.448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 15.600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 18.284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 19.284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 20.24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 21.284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
23. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə uyğun olaraq iddiaçı 2720.34 manat dəyərində İMEİ KODU **********41225 SAMSUNG GALAXY S23 markalı telefonu, SAMSUNG CHARGER adapter , PAKET XXXL xidməti, zəmanət + 3 il xidməti 12 ay müddətinə hər ay 36.58 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə yalnız 1813.35 manat məbləğində ödəniş həyata keçirilmiş, 906,49 manat məbləğində borcu qalmışdır.
25. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi 906.49 manat (doqquz yüz altı manat qırx doqquz qəpik) əsas borc və innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum hissəsi əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 906.49 manat məbləğində əsas borca münasibətdə 90.65 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 45.30 manat (qırx beş manat otuz qəpik) cərimə məbləği tutulmalıdır.
27. Məhkəmə iddia tələbinin ödənilmiş 30.21 (otuz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş olan həmin məbləğ iddiaçının iddia tələbinin qiymətinə (1020.74 AZN) mütənasib olsa da, məhkəmə tərəfindən iddia tələbi cərimə məbləğinin azaldılması ilə qismən təmin edilmiş, bu səbəbdən də dövlət rüsumu cavabdehdən məhkəmənin təmin etdiyi iddia tələbinin qiymətinə (975.39 AZN) mütənasib dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 906.49 AZN (doqquz yüz altı manat qırx doqquz qəpik) əsas borc, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat altmış qəpik) rüsum və 45.30 AZN (qırx beş manat otuz qəpik) cərimə borcu olmaqla, cəmi 975.39 AZN (doqquz yüz yetmiş beş manat otuz doqquz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği cavabdeh X1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh X1 906.49 AZN (doqquz yüz altı manat qırx doqquz qəpik) əsas borc, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) rüsum və 45.30 AZN (qırx beş manat otuz qəpik) cərimə olmaqla, cəmi 975.39 AZN (doqquz yüz yetmiş beş manat otuz doqquz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov